NATO-Rusiya gərginliyi fonunda MDB sammiti - POLİTOLOQ ŞƏRH ETDİ
“15 oktyabrda MDB sammiti olmuşdu. Lakin həmin sammit video formatda olmuşdu. İndi isə ehtiyac duyulub ki, əyani görüş olsun”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
.jpg)
“Onun da səbəbi NATO-Rusiya münasibətlərinin kəskinləşməsidir və hətta müharibə ehtimalının çox yüksək olmasıdır. Belə olan şəraitdə paralel olaraq ABŞ-Rusiya dialoqu da fəallaşıb. Son iki ay ərzində ABŞ və Rusiya prezidentləri iki dəfə danışıblar. Rusiya post-sovet məkanı ilə bağlı NATO-ya açıq sənəd göndərib və belə bir versiya var ki, yanvar ayının 12-də NATO-Rusiya Şurası keçirilməlidir. Rusiya üçün bu sammit çox əhəmiyyətli idi, o mənada ki, MDB-yə daxil olan dövlət başçılarına hal-hazırda baş verən bu gərginlikdə Rusiyanın mövqeyini, gözləntilərini birbaşa olaraq çatdırsın, MDB liderlərinin fikirlərini öyrənsin. Çünki, yaxın bir neçə ay ərzində proseslər çox pis ssenari ilə müharibəyə gətirib çıxara bilər, amma eyni zamanda yeni bir təhlükəsizlik sisteminin yaranmasınadır. Biz dəfələrlə tarixdə şahid olmuşuq ki, məhz belə dövrlərdə yeni qurumlar, yeni münasibət sistemləri formalaşıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB