Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevdir - ŞƏRH EDİLDİ

Müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevdir - ŞƏRH EDİLDİ

"Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanın siyasi hakimiyyətinə gəldiyi ərəfədə Azərbaycan bütün sahələrdə demək olar ki, iflasa uğramış bir vəziyyətdə idi. Həm siyasi, həm hərbi, həm iqtisadi və digər sahələr üzrə Azərbaycan vəziyyət acınacaqlı idi. Dövlət demək olar ki, idarəolunmaz bir vəziyyətə düşmüşdü. Siyasi hakimiyyət dövləti idarə edə bilmirdi. Hərbi sahəd uğursuzluqlarımız əhali arasında çox ciddi ruh düşkünlüyü, ümidsizlik yaratmışdı. İqtisadiyyat, kənd təsərrüfatı dağılmışdı. Ümumilikdə hər şey çox bərbad bir vəziyyətdə idi. Azərbaycanın belə bir çətin dövründə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Ümummilli Lider hakimiyyyətə gəldiyi ilk gündən ölkədə dövlətçiliyin, qanunun bərpasına çalışdı: "Hərbi islahatlara, Azərbaycan Ordusunun yaradılması istiqamətində işlərə başlanıldı. İqtisadi sahədə hər şey sanki sıfırdan qurulmağa, yaradılmağa başladıldı. Bu da çox çətinliklərlə başa gəlirdi. Büdcə demək olar ki, boş idi. Ölkədə çox ciddi ərzaq qıtlığı yaranmışdı və bu çox ciddi xoşagəlməz hallara gətirib çıxardırdı. Bunlarla yanaşı digər tərəfdən Ermənistanın təcavüzü günü-gündən daha da artırdı, ərazilərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir vəziyyətdə Ulu Öndərin uzunmüddətli dövlətçilik, idarəetmək bacarığı özünü göstərdi".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ulu Öndər çox zəngin dövlətçilik, idarəetmə bacarığına malik idi: "Ulu Öndər hakimiyyətə gəldikdən sonra tədricən Azərbaycan iqtisadiyyatı dirçəlməyə başladı. Azərbaycanda qanunçuluq bərpa olunmağa başladı. Bütün sahələrdə ciddi qanunçuluq, nizam-intizam, qanuna əməl etmək məsələləri önə çəkildi. Hərbi quruculuq sahəsində çox ciddi işlər görülməyə başlanıldı. Bütün bu proseslərin hamısı paralel olaraq aparılırdı. Artıq xalqın inamı özünə qaytarıldı. Dövlət başçısı şəxsində Ulu Öndər Heydər Əliyevin gəlişi Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi və Azərbaycan tədricən beynəlxalq aləmdə nüfuz qazanmağa başladı. Ümummilli Liderin hakimiyyətə gəlişi və gördüyü işlərin başlanğıcı bunlardan ibarətdir. Bugünkü bütün uğurlarımızın bünövrəsi Ulu Öndər tərəfindən qoyulub və bu bünövrəsi qoyulan çox gərəkli işlər cənab Prezident İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəkdiyi gündən davam etdirilməyə başlanıldı. Bu uğurlu davamçılıq bizi qələbəyə gətirib çıxardı. Biz ona görə, həmişə deyirik ki, müasir, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə