Bayden Putinə Ukraniya məsələsində ciddi şəkildə xəbərdarlıq edib - POLİTOLOQ AÇIQLADI
"ABŞ prezidenti Co Bayden ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü gözlənilən idi. Bu görüşdə ən mühüm məsələ olaraq gündəmdə olan Ukraniya məsələsi idi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, görüşün iki saat çəkməyi onu göstərdi ki, deməli iki ölkə rəhbərləri arasında fikir ayrılığı mövcud olub: "Digər bir tərəfdən isə görüşdə əsas müzakirə mövzusu Ukraniya üzərində ağırlığın qoyulması məsələsi idi. Bu məsələdə də ABŞ və Rusiyanın maraqları toqquşurdu. Həm ABŞ, həm də Rusiya çalışır ki, Ukraniya üzrəində öz nüfuzunu artırsın. Təbii ki, ABŞ prezidenti Co Baydenin açıqlamalarından belə qənaətə gəlmək olar ki, Co Bayden Vladimir Putini Ukraniya məsələsində ciddi şəkildə xəbərdar edib və ona qarşı sanksiyaların tətbiq edilməsindən tutmuş, hərbi müdaxiləyə qədər məsələləri nəzərdən keçirdiyini bildirdi. Bu o deməkdir ki, Co Bayden Ukraniya məsələsində 2014-cü ildə ABŞ-ın buraxdığı səhvi təkrarlamaq istəmir. Təbii ki, burada Amerikanın maraqları var. Amerika bu məsələdə Ukraniyanı müdafiə etmək yox, Rusiyaya qarşı sanksiyaları artırmağa çalışır. Təbii ki, hər iki şəkildə Rusiya çətin vəziyyətdədir. Əgər, Rusiya geri çəkilsə, daha da pis olacaq, sanksiyalar daha da artacaq. Eyni zamanda Rusiya Ukraniyaya görə geri çəkilmək istəmir. Çünki əlində bircə Ukraniya qalıb. Onu da itirsə, Qərb ilə sərhədləri demək olar ki, tam mühasirədə olur. Bu da Rusiyanın gələcək strateji təhlükəsizliyi baxımından vacib məsələ hesab olunur".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB