"Ermənilər keçmiş havadarlarının dəstəyi ilə əvvəlki ritorikasına, xislətinə qayıdıb"- PARTİYA SƏDRİ AÇIQLADI

“Təəssüflər olsun ki, müharibənin bitməsindən bir ildən artıq vaxt keçib və biz müharibədə möhtəşəm bir qələbə qazanmışıq. Ermənistan ordusu darmadağın olub və müharibədən sonra 10 noyabr bəyannaməsini məğlub tərəf olaraq imzalayıb”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib.

“Üzərinə bir sıra öhdəliklər götürən erməni tərəfi, qələbədən bir neçə ay keçdikdən sonra keçmiş havadarlarının dəstəyi ilə əvvəlki ritorikasına, xislətinə qayıdıb. Erməni toplumu bir daha öz ampluasındadır, onlara dəstək verən güclərin sayəsində bu cür təxribatlar, terrorlar törətməyə başlayıblar. Onlar həm Azərbaycan ərazisində eləcə də sərhəddə bir sıra təxribatlar törədirlər və bu təxribatlar bizim şəhid verməyimizlə nəticələnir. Təbii ki, təxribatlar həm də o fonda baş verir ki, noyabrın 26-da Soçidə görüş olub. Eyni zamanda dekabrın 15-də Brüsseldə tərəflər arasında növbəti görüş gözlənilir. Bütövlükdə bu fonda ermənilər baxmayaraq ki, öz üzərlərinə öhdəliklər götürdülər, guya Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduqlarını bəzən dilə gətirirlər. Lakin buna baxmayaraq bu cür təxribatlar olur. Bu təxribatlar bir daha onu deməyə əsas verir ki, erməni necə ki, bu cür öz ampulasındadır, xarici havadarlarının dəstəyinə arxalanır, bu cür təxribatlar və bunların fonunda bizim itkilər verməyimiz təəssüflər olsun ki, istisna olunmur. Azərbaycan tərəfi olaraq biz təbii ki, bütün bunların fərqindəyik, amma hesab edirəm ki, bir qədər ciddi nəticələr çıxarmaq lazımdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə