"Görüşdə Prezident İlham Əliyevin növbəti diplomatik uğurunun şahidi olduq" - İDARƏ RƏİSİ MÜNASİBƏT BİLDİRDİ

"Bu yaxınlarda Soçi şəhərində Rusiya Federasiyası prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan baş naziri görüş keçirdi. Bu görüş 44 günlük Vətən müharibəsindən bir il keçəndən sonra ilk görüş idi. Bu görüşdə cənab Prezidentimizin növbəti diplomatik uğurunun şahidi olduq". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O, qeyd edib ki, əvvəla, Azərbaycan masa arxasında haqlı tərəf, qalib gəlmiş, zəfər əldə etmiş tərəf kimi ərazi bütövlüyünü təmin etmiş dövlət olaraq beynəlxalq norma və prinsiplərə uyğun olaraq sərhədlərin delimitasiya və demarkasiyası prosesinə hazır olduğunu bildirdi. Eyni zamanda Azərbaycan regionda sülhün, əmin-amanlığın carçısı və tərəfdarı kimi çıxış edir.

Rafiq Abbasov bu barədə fikrini belə izah edib: "Rusiya Federasiyası prezidentinin vasitəçiliyi ilə keçirilmiş bu görüşdəki Azərbaycan tərəfinin fikir və təkliflərini həm Rusiya Federasiyası, həm də bugünkü gün dünya dövlətlərinin əksəriyyəti dəstəkləmiş olur. Dolayısı yolla artıq biz Ermənistan dövlətinin də bunu anladığını müşahidə edirik. Bir mənalı olaraq cənab Prezidentin vurğuladığı kimi Azərbaycanın savaşda qalibiyyətinin davamı olaraq diplomatik müstəvidə də Azərbaycanın qalibiyyətinin yeni-yeni xəbərlərinin şahidi oluruq. Həm Zəngəzur dəhlizinin gerçəkləşməsi, ərazi bütövlüyünün tanınması kimi məsələlər artıq bugün beynəlxalq müstəvidə müzakirə olunan məsələlərdir. Gedən proseslər hörmətli Prezidentin də bildirdiyi kimi onu göstərir ki, bu məsələlər də de-fakto təsdiqlənəcək"

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə