“Azərbaycan sülh müqaviləsi imzalamaqla regionda mövqeyini gücləndirəcək” - POLİTOLOQ AÇIQLADI

“Təbii ki, Soçi görüşü və Soçi bəyannaməsinin imzalanması Azərbaycanın maraqlarına cavab verir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, burada ilk növbədə sərhədlərin delimitasiyası və demarkasiyası və nəqliyyat yollarının açılması qeyd edilib: “Təbii ki, Azərbaycan Ermənistan tərəfindən bunu tələb edirdi, amma Ermənistan tərəfi həmişə bundan yayınırdı. Düşünürəm ki, artıq üçtərəfli birgə komissiya işləyəcək. Azərbaycan üçün kommunikasiya əlaqələrinin açılmasının müsbət tərəfləri çoxdur. Bu məsələ həmçinin də Ermənistanın maraqlarına xidmət edir. Kommunikasiyaların açılması Ermənistan tərəfinı blokadadan çıxartmaqla yanaşı, iqtisadi inkişafa da aparacaq. Azərbaycan tərəfi üçün isə artıq qalib tərəf kimi sülh müqaviləsi imzalamaqla regionda mövqeyini gücləndirəcək. Ümumiyyətlə sərhədlərin müəyyən edilməsi və nəqliyyat yollarının açılması Azərbaycanın mənafeyinə uyğundur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...