YAP Biləsuvar rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib FOTOLAR

YAP Biləsuvar rayon təşkilatı partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirib FOTOLAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov, idarə, müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək gül dəstələri düzüblər.

Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov bütün siyasi həmfikirlərini partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik etdi. Bildirdi ki, 21 noyabr 1992-ci il tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün öz ətrafında 800 minə yaxın insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğuladı. Bildirdi ki,Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək qısa müddət ərzində ümumxalq partiyasına çevrilib.

Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək bildirdi ki, Ümummlli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü milli ideya ölkəmizin bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi.

Digər çıxış edən partiya veteranı Akif Kazımov və gənc partiya üzvü Ülvi Həzizadə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışdılar.

Daha sonra YAP Biləsuvar rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərman və gənc partiya üzvlərinə partiya vəsiqələri təqdim edildi.

Sonda YAP Biləsuvar rayon təşkilatının inzibati binasının qarşısında xatirə şəkli çəkdirildi.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə