"Düşmən ölkə də Azərbaycanın bu addımına qarşı çıxmadı" - JURNALİST MÖVQE BİLDİRDİ
“Bilirsiniz ki, ötən ilin əvvəllərində koronavirus bəlasının dünyanı təhdid etməyə başladığı ilk günlərdən etibarən, Azərbaycan rəhbərliyi bu qlobal problemin tezliklə aradan qaldırılması üçün səylərin birləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edib. Ölkəmiz bu çərçivədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və başqa qurumlarla sıx əməkdaşlıq şəraitində COVID-19-la mübarizəyə öz töhfəsini verdi". Bunu SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

O, qeyd edib ki, amma çox təəssüf ki, böyük dövlətlərin siyasi-iqtisadi məsələlərdə nümayiş etdirdikləri ikili standartlar koronavirus bəlasında da özünü açıq göstərdi. Bu yanaşma COVID-19 əleyhinə peyvəndlərin hazırlanması və yayılmasında özünü xüsusilə qabarıq göstərdi.
İstehsalçı ölkələr bu işdə də ənənəvi həmrəylik göstərərək, vaksinlərin imkansız ölkələr üçün də əlçatan olmasına imkan vermədilər. Hətta ayrı-ayrı ölkələrin pulunu verib aldıqları vaksinlərin quldurcasına müsadirə edilməsinin də şahidi olduq.
Seymur Verdizadə bu barədə fikirlərini belə izah edib: "Əlbəttə ki, belə bir şəraitdə Azərbaycan Prezidentinin xoş məram sərgiləyərək, Qoşulmama Hərəkatı adından vaksinlərin bölüşdürülməsində ədalətli mexanizmin tətbiqinə dair təqdim etdiyi qətnamə çox əhəmiyyətlidir. Ermənistanın BMT-dəki ilkin səsvermədə bu qətnamənin əleyhinə çıxmaması, bitərəf qalması Azərbaycanın bu təşəbbüsünün necə böyük önəm daşıdığını göstərir. Yəni düşmən ölkə də Azərbaycanın bu addımına qarşı çıxmağa nəinki heç bir əsas tapmayıb, əksinə, onun vacibliyini etiraf edib.
Bu baxımdan, sözügedən qətnamənin BMT Baş Assmbleyasının növbəti plenar sessiyasında qəbul ediləcəyi şübhə doğurmur. Çünki BMT-yə üzv olan ölkələrin əksəriyyəti vaksin məsələsindəki ayrı-seçkilikdən əziyyət çəkirlər və belə bir təşəbbüs onların maraqlarına tamamilə uyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB