İRS jurnalının növbəti il sonu portuqal dillində olan buraxılışı işıq üzü görüb
Artıq ənənəyə çevrilmiş, Braziliyada İRS jurnalının növbəti il sonu portuqal dillində olan buraxılışı işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, burada hər zaman olduğu kimi Azərbaycan müəllifləri ilə birlikdə, Braziliyalı və xarici yazarların də yazıları yer tapıb. Dahi Nizami Gəncəvinin 880-ci il dönümü ilə əlaqədar, “Yeddi gözəl” əsərinin tarixdə ilk dəfə olaraq portuqal dilinə tərcüməedən siyasi elmlər fəlsəfə doktoru Nigar Sultanovanın məqaləsində şairin yaradıcılıq və dünya mədəniyyətinə verdiyi töhfəsindən söz açılıb. Elmi tədqiqatçı Oleq Kuznetsov öz “2020, Qarabağ müharibəsi: mənşəyi, səbəbləri, nəticələri” adlı məqalədə 44 günlük müharibənin detallı analizini keçirib, Azərbaycanın haqlı mövqeyi və uğurlu Vətən müharibəsinin arxasında duran milli birlik haqqında danışılıb. Braziliyalı tədqiqatçı, keçmiş Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis, siyasi elmlər magistri, Azərbaycan və Xəzər hövzəsi regionuna həsr edilmiş internet portal “Espaco Caspio”-nun yaradıcısı Joa Xavier öz məqaləsində İRS jurnalının artıq neçə illər boyu Braziliya və portuqal dilli oxucu kütləsini Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti və ölkəmizin həyatının digər sahələri ilə uğurla tanış etdiyi barədə geniş yazı ilə bölüşüb. Hazırda, Espaco Caspio ilk portuqal dilində Azərbaycan üzrə ixtisaslaşan internet portalıdır və onun izləyicilərinin sayı gündə günə artmaqdadır.
Həmçinin jurnalda Abuzər Bağırovun “Azərbaycanın görkəmli intellektualları”, Sənubər Qasımovanın “Azərbaycan Respublikasının üç gerbi” və digər məqalələr yerini tapıb. Qeyd olunasıdır ki, İRS jurnalının portuqal versiyası Braziliyanın aparıcı universitetləri və beyin mərkəzləri, müvafiq dövlət qurumları, Nümayəndələr Palatası, Senata və digər dairələrdə yayımlanır və maraqla izlənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB