Baş Prokurorlar Şurasının iştirakçıları ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTO

Baş Prokurorlar Şurasının iştirakçıları ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçıları noyabrın 1-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi ya olunub, məzarı üzərinə gül dəstələri düzülüb

Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə