"Dağlıq Qarabağ yoxdursa, onun hansı statusundan söhbət gedə bilər?" - DEPUTAT AÇIQLADI
“Cənab Prezident İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində bir daha qeyd etdi ki, Dağlıq Qarabağ yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bundan əlavə həmçinin BMT-də keçirilən sessiyada bir daha qeyd etdi ki, Dağlıq Qarabağ adlı məfhum Azərbaycanda yoxdur: “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur zonası var. Bu məfhum Azərbaycanın tamlığını ifadə edir. Əgər Dağlıq Qarabağ yoxdursa, onun hansı statusundan söhbət gedə bilər? Sadəcə, Şərqi Zəngəzur regionuna bölünür və cənab Prezident də öz müsahibəsində qeyd etdi ki, Şərqi Zəngəzur kommunikasiyaların açılmasında ən vacib məqamlardan biri olacaqdır. Şərqi Zəngəzurun genişləndirilməsi əslində, ermənilərin özləri üçün də xeyirlidir. Çox təəssüf ki, ermənilər bunu başa düşmür. Ona görə də ATƏT-in Minsk qrupunun və yaxud da Avropada müəyyən beynəlxalq qurumların, təşkilatların Dağlıq Qarabağ və onun statusu adlı bir məfhumun olmadığı üçün ATƏT-in Minsk qrupunun mandatı nəyi ifadə edəcək çox maraqlıdır. Cənab Prezident də bir daha vurğuladı ki, artıq Dağlıq Qarabağ adlı məfhum yoxdur və ona görə də statusu da yoxdur. Azərbaycanın, sadəcə, Şərqi Zəngəzur və Qarabağ bölgəsi var”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB