Azərbaycan tankçıları finala yüksəlib

Azərbaycan tankçıları finala yüksəlib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə