Ermənistan Azərbaycanın verdiyi təklifə baxmalıdır -POLİTOLOQDAN AÇIQLAMA
"Cənab Prezidentin azad olunmuş ərazilərə hər bir səfəri Ermənistan hakimiyyətinə bir mesajdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident hər bir səfərində bu mesajları özü səsləndirir: "Sərhədlə bağlı da fikirlərini bildirən cənab Prezident xüsusi vurğuladı ki, biz öz sərhədlərimizi müəyyən edirik. Bu, o deməkdir ki, Ermənistan konstriktiv yolu tutmursa, sülh müqaviləsini imzalamaqdan boyun qaçırırsa, sülh müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, sərhədlərin demakasiyasını və delimirtasiyasını uzlaşdırmırsa, onda Azərbaycan birtərəfli qaydada sərhədlərin müəyyən olunması prosesini davam etdirəcəkdir. Cənab Prezident CNN türk kanalına müsahibəsində də bildirmişdi ki, masa üstündə Ermənistana təklif etdiyimiz sənəd var. Bu təklif etdiyimiz sənəd isə heç vaxt masa üzərində qalmayacaq. Bu müddət ərzində Ermənistan Azərbaycanın verdiyi təklifə baxmalıdır, əgər baxmayacaqsa, o zaman cənab Prezidentin də verdiyi mesajlarındakı kimi daha sərt təkliflər olacaq. Ermənistan əgər bu təxribatlara davam edərsə və sərhəd boyu ərazilərdə atışmalarını davam etdirərsə, o zaman yenidən daha bir sərt "Dəmir Yumruq" onların başına dəyəcək".
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB