"Bu, Ermənistanın Azərbaycan qarşısında diz çöküşü idi" - POLİTOLOQ AÇIQLADI
“Ali Baş Komandan 26 iyun Silahlı Qüvvələr Günü Gülüstan sarayında keçirdiyi görüşlərdə bir çox məsələlərə toxundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi birmənalı şəkildə kapitulyasiya aktını imzaladı: “Kimin necə qəbul etməsindən, kimin necə fikirləşməsindən asılı olmayaraq bu bir kapitulyasiya aktı idi. Bu bir dövlətin başqa bir dövlət qarşısında- yəni Ermənistanın Azərbaycan qarşısında diz çöküşü idi. Amma bəziləri buna ayrı cür qiymət verməyə çalışır. Təbii ki, bu onların probblemidir. Amma bu sülh sazişinin imzalanması yəqin ki, baş tutacaq.
Cənab Prezident ona işarə vurdu ki, ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin olmaması, yəni belə bir münaqişənin gündəmdən çıxması, ən önəmlisi isə Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı bir söhbət gedə bilməz. Belə bir ərazi vahidi yoxdur. Azərbaycan bu ərazi vahidini 1991-ci ilin noyabr ayının 26-da qanunvericilik səviyyəsində ləğv edib. Yəni ermənilər və onun dəstəkçiləri - Rusiya, Fransa kimi bəzi dövlətlər yenidən Dağlıq Qarabağ terminini reanimasiyadan çıxardıb, gündəmə gətirmək istəyirlər. Ona görə də, cənab Prezident öz fikrini söylədi.
İkincisi burada cənab Prezident qonşularla münasibətlərin normal qurması məsələsini də qeyd etməsi təsadüfi deyil. Çünki Ermənistan təkcə Azərbaycana deyil, həm qonşu qardaş Türkiyəyə, həm Gürcüstana ərazi iddiaları edir. Hələ bu azmış kimi onlar həyasızcasına Rusiya Federasiyasının ərazisinə belə iddialar gündəmə gətirib. Bu millətin milli xəstəliyini nəzərə alaraq, cənab Prezident şərt qoyub ki, onlar bu məsələlərdən, fikirlərdən əl çəksinlər. Yeganə iddia etmədikləri, daha çox yaxın olduqları İran ərazisidir. Hansı ki, bunlar əslində oradan köçüb, gəliblər. Ona görə də o ərazini iddia etməlidirlər. Amma nədənsə bunu etmirlər.
Cənab Prezident ona da toxundu ki Ermənistanın daxilində çox ciddi problemlər var. Bizim qonşularımızın bəziləri dərk etməlidir ki, nə Azərbaycan əvvəlki Azərbaycandır, nə Ermənistan həmin Ermənistandır. Onlar yeni siyasi reallıqla razılaşmalıdır. Bölgədə artıq söz sahibi Türkiyədir. Bunu artıq dərk etmək lazımdır. Əks təqdirdə həm şimal, həm də cənub qonşumuzu çox böyük bəlalar gözləyir. Onlar hal-hazırda bir dövlət kimi gələcəkdə mövcud olması üçün ən böyük qarantiya məhz Türkiyədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB