"Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr və təxribatların qarşısının alınması üçün Ali Baş Komandan cənab İlham Əliyevin verdiyi göstərişlər Müdafiə Nazirliyini bu müşavirəni keçirməyə və silahlı qüvvələrimizin önündə duran vəzifələr barədə şəxsi heyətə tapşırıqlar verilməsini tələb edirdi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert vurğulayıb ki, cəbhədə atəşkəs rejiminə qismən əməl olunsa da, erməni tərəfinin təxribatlarına heç də son verilməyib və həm Kəlbəcər, həm Laçın, həm də Şuşa ətrafında baş verən hadisələr ermənilərin hələ də imzaladıqları birgə bəyanatın şərtlərinə əməl etmədiklərini göstərir, hansıki bu da Azərbaycan tərəfindən daha sərt addımların atılmasını tələb edir.
“Azərbaycan Ordusunun son aylarda daha intensiv şəkildə, həm də türkiyəli həmkarları ilə birlikdə keçirdiyi təlimləri ordumuzun məhz antiterror əməliyyatları həyata keçirməsinə hazırlaşdığını deməyə imkan verir. Düşünürəm ki, bu qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsi tapşırığı Ermənistan tərəfinə yönəlmiş bir bəyanatdır və onları bundan sonrakı fəaliyyətlərində daha diqqətli, daha ehtiyyatlı olmağa çağırış kimi qəbul edilməlidir. Əks halda Azərbaycan Ordusunun imkan və potensialı əməliyyat şəraitinin hətta bufer zona yaratmaqla, nəzarətə götürülməsinə imkan verir.
Düşünürəm ki, ermənilər bu bəyanatdan doğru, dürüst bir nəticə çıxarıb, üçtərəfli birgə bəyanatın şərtlərini sözsüz, dəqiq və vaxtında yerinə yetirməlidirlər. Əks halda nəticələr onlar üçün acınacaqlı da ola bilər”, deyə Ədalət Verdiyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB