Nikol Paşinyan ABŞ-ın tapşırığı ilə Rusiyanı münaqişəyə cəlb etməyə cəhd göstərir ANALİTİKA+AKTUAL

İqor Kolşatov: "Dəhzil məsələsində əldə edilmiş razılaşmaya Ermənistan onsuz da əməl edəcək”

İrəvanda Zəngəzurdakı vəziyyət ətrafında isterika xarakterli haray-şivənlik tamaşası davam edir və əslində bu, Ermənistan tərəfinin üzərindən nəqliyyat dəhlizinin keçməsi məsələsində qətiyyətlə qarşı çıxması marağını daha çox göstərməyə başladır. Misal üçün, bir neçə gün əvvəl ermənilərin “Sasna Srer” terrorçu partiyasının lideri Jirayr Sefilyan bəyan edib ki, dəhlizin Ermənistan respublikasının ərazisindən keçməsi erməni dövlətçiliyinin sonu deməkdir və o, erməniləri nəyin bahasına olsa belə bu layihənin həyata keçirilməsinə yol verməməyə çağırıb.

Maraqlıdır ki, Ermənistanın müvəqqəti baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da yenidən bənzər fikirlə çıxış edərək bildirib ki, erməni hakimiyyəti Sünik (Zəngəzur) dəhlizi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək.

Halbuki, üçtərəfli bəyanatda aydın və dəqiq şəkildə yazılıb ki, Ermənistan respublikası Azərbaycanın qərb rayonları və Naxçıvan da daxil olmaqla vətəndaşların, nəqliyyat vasitələrinin, və hər iki istiqamət üzrə daşınan yüklərin maneəsiz nəqliyyat rabitəsi təhlükəsizliyinə zəmanət verir. Lakin erməni ekspertləri yazırlar ki, Ermənistan razılaşma sənədinə əməl etməmək hüququna malikdir, çünki razılaşma milli maraqlar və təhlükəsizlik məsələləri ilə toqquşur.

Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil qərarlar verən administrasiyası var

SİA xəbər verir ki, məsələ ilə bağlı rusiyalı iqtisadçı, Yeni cəmiyyət institunun direktoru Vasili Kolşatov caliber analitik informasiya mərkəzinə verdiyi müsahibəsində bildirdiyinə görə, Cənubi Qafqaz regionunun nəqliyyat dəhlizləri barədə iki ay əvvəl də söhbət edib, ancaq həmin vaxtdan indiyə qədər situasiya yaxşılaşmayıb, Ermənistanda əvvəlki kimi regional əməkdaşlığa qarşı çıxışlar səslənir, buindan əlavə isə erməni tərəfi Zəngəzur ətrafındakı vəziyyəti daha da gərginləşdirir. SİTAT: “Məsələ ondadır ki, mövcud vəziyyətdə heç bir erməni tərəfi yoxdur. Söhbət ondan getmir ki, Ermənistan mövcud deyil, ya da mövcuddur. Lakin İrəvanda müstəqil qərarlar qəbul etmək mərkəzi yoxdur. Ermənistan iqtisadi düşüncədən çıxış etmir, Nikol Paşinyan ABŞ-ın istədiyi kimi fəaliyyət göstərir. İrəvandan belə bəyanatların səbəbini, hətta hərəkətlərini son aylardakı ümumi beynəlxalq gərginlikdə axtarmaq lazımdır. Vaşinqton əmin oldu ki, bu, Rusiyaya və Avrasiya ölkələrinə qarşı kəllə-kəlləyə gələn hücumdur”.

Rusiyalı ekspert hesab edir ki, Amerika bu kimi məsələlərdə gərginlik zonaları yaradır və bütün bunlara baxmayaraq, Azərbaycanın müstəqil qərarlar verən administrasiyası var: “Dövlət var. Bəs ayrı cür necə ola bilərdi? Çünki bir çox başqa ölkələrdə müstəqil qərar vermək gücü yoxdur, onların içində Ermənistan da var və bu barədə dəfələrlə demişəm. İrəvan öz hərəkətlərində müharibədən və iqtisadi maraqlarından nəticə çıxarmır. Onlar iqtisadi revanş vasitəsi ilə uğur qazanmağa, Ermənistanın imkanlarını yeniliklərə doğru aparmağa cəhd etmirlər. Bu isə Ermənistanı yalnız növbəti durğunluğa və deqradasiyaya tərəf apara bilər. Və əlbəttə, belə bir hiss var ki, Nikol Paşinyan Rusiyanı hər hansı münaqişəyə cəlb etməyə cəhd göstərir, hətta münaqişə yaradır. Bu, Vaşinqtonun maraqlarında edilir”.

İrəvandakı administrasiya Rusiya Federasiyasının düşmənidir

Ermənistan-Türkiyə arasındakı məsələyə də toxunan rusiyalı iqtisadçı münasibətlərin yarana biləcəyini məhz mövcud vəziyyətdə mümkün ola biləcəyini desə də, xatırladıb ki, İrəvan uzun illər blokada ətrafında şikayətlər səsləndirir, amma digər tərəfdən də bəyan edir ki, Türkiyə ilə sərhədlərin açılmasını planlaşdırmır. Ancaq Ermənistanın Türkiyə məhsullarına embarqo qoymasının da Ankaraya istisi-soyuğu yoxdur. SİTAT: “Erməni ictimaiyyəti hansı tarixi şərtlərdə olduğunu pis anlayır. Bir çox ermənilər belə nəticə çıxarırlar: Ermənistan Rusiyanın müttəfiqidir, bəs onda Rusiya nəyə görə Ermənistanı kənarda saxlayır? İrəvandakı administrasiya isə Rusiya Federasiyasının düşmənidir, Rusiyaya qarşı düşmən münasibəti göstərir. Bəli, erməni xalqı var, amma nəyə görəsə erməni administrasiyası xalqı dar ayaqda qoyur, Azərbaycanla danışıqlar prosesindən çıxır, özü də minlərlə həyatı lazımsız müharibə alovunun içinə atmaqla. Halbuki hər şey haqqında razılaşmaq mümkün idi!”.

Rusiyalı ekspert ermənilərin qərbyönümlü eksperti, “Modus vivendi” mərkəzinin rəhbəri Ara Papyanın bugünlərdə Rusiyanın Ermənistanı Zəngəzur məsələsində geri addım atmağa məcbur edəcəyi ilə bağlı sualı da cavablandıraraq deyib ki, Papyan belə bir eyham vurub: “Rusiya Ermənistana düşməndir. Bu, erməni cəmiyyətində ümumi formalaşdırılan fikir olmaqla yanaşı, həm də dəhzil məsələsində də işləşdilir. Əgər Ermənistan bu layihədən imtina etməyə başlayacaqsa, bu birmənalı olaraq birtərəfli qaydada sülh razılaşmasından imtina etmək mənasını daşıyacaq. Paşinyançı erməni ordusunun uğursuz əməliyyatları ictimai fikirdə “müqavimət” düşüncəsi ilə əvəzlənəcək. İndi mübarizə Türkiyə ilə sərhədləri açmayacağıq, dəhlizi verməyəcəyik vasitəsi ilə aparılır. Bütün bunlar eməni ictimaiyyətinin diqqətini Ermənistanda yaşanan böhrandan yayındırılmağa hesablanıb. Ancaq dəhzil məsələsində əldə edilmiş razılaşmaya Ermənistan onsuz da əməl edəcək”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə