Koronavirusu tamamilə məhv etmək mümkün deyil Patrik Uallans

Koronavirusu tamamilə məhv etmək mümkün deyil Patrik Uallans

COVID-19-un tamamilə məhv edilməsi mümkün olmayacaq, virusun mutasiyası və yayılmağa davam edəcəyi bəllidir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri İngiltərə baş nazirinin elmi məsələlər üzrə baş müşaviri Patrik Uallans çərşənbə axşamı parlamentdə danışarkən söyləyib.
"COVID-in tamamilə məhv ediləcəyinin mümkün olduğunu düşünmürəm. Heç bir şey virusun tezliklə yox olacağını demir. Qrip virusu hər il dəyişdiyi kimi, daha çox yeni variantın ortaya çıxacağını gözləyirəm. Mən belə düşünmürəm ki, yeni variantların ortaya çıxmasını dayandıra biləcəyik", deyə Uallans bildirib.
Onun sözlərinə görə, ehtimal ki, müxtəlif ölkələrdə lazımi avadanlıq çatışmazlığı səbəbindən hələ kəşf olunmayan yeni ştamlar artıq mövcuddur.
İngiltərənin baş həkimi Kris Uitty, Uallans ilə razılaşıb. Onun fikrincə, COVID-19-un tamamilə ləğvi "real olmayan bir hədəfdir". O, qeyd edib ki, "aşağı yayılmaya nail olmaq istəyirik".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə