Faşizm ideologiyası erməni xalqını məhv edəcək ÖZƏL-MÜNASİBƏT

“Erməni siyasətçilərinin, bu xalqa rəhbərlik etmək istəyənlərin, hakimiyyətə can atanlarının hər birinin başlıca şüarı millətçilik, “Böyük Ermənistan” yaratmaq, təcavüz yolu ilə torpaqları işğal etmək, erməniləri dünyada ən ali və qədim xalq kimi təqdim etməkdir. Çünki erməni xalqına rəhbərlik etmək üçün şans qazanmaqdan ötrü başqa yol yoxdur. Bu çağırışlara sadiq olmayan və onu özü üçün müqəddəs amal hesab etməyən erməninin kiçik bir vəzifə tutması belə mümkün deyildir. Çünki körpəlikdən ermənilərin mayası faşizm ideologiyası, millətçilik, terror, təcavüz amalları ilə yoğrulub və onlar daim başqa xalqlara, xüsusilə türklərə və azərbaycanlılara nifrət ruhunda tərbiyə alıblar.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, dünyanın ən ali və qədim xalqı iddiası, xiristianlığın təməlini qoyan millət, cəmiyyət mifik düşüncəsi, hamıdan ağıllı, cəsur, qəhrəman psixologiyası, tarixə, reallıqlara əsaslanmayan və ağılasığmayan hadisələri həqiqət kimi qələmə vermək cəhdi, faşist, cəllad, xain dünyagörüşü ermənilərin qanında, canında əsrlərlə yaşadığı üçün və onlar insanlığa xas olmayan bu xüsusiyyətlərdən can qurtarmağa cəhd göstərmədiklərinə görə tarixlər boyu əzilə-əzilə, döyülə-döyülə, onun-bunun qoltuğuna sığına-sığına yaşasalar da, ancaq öz iddialarından, təkəbbürlü əməllərindən əl çəkməmişlər.

“Azərbaycan Respublikasının Prezidenti Сənab İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxışında ermənilərin mənfur xislətini çox gözəl xarakterizə edərək demişdir: “Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar. Ondan sonra da deyiblər ki, bu, erməni torpağıdır”.

Ermənilər, onları tanıyan, əməllərinə bələd olan müdriklər, tarixçilər, siyasətçilər tərəfindən ən riyakar, yaltaq, xain, ikiüzlü, qorxaq, namussuz, satqın xalq kimi dünyaya təqdim olunmalarına baxmayaraq bütün yollara getdiklərinə görə, ən çirkin əməlləri işlətdikləri üçün daim əldə oyuncaq, vasitə kimi istifadə olunmuş və buna görə də müdafiə edilmiş, alətə çevrilərək mövqe qazanmışlar. Erməni xislətinə dərindən bələd olan, bu xalqın insanlığa zidd əməllərinin şahidinə çevrilən, keçmişi və indisi ilə dərindən maraqlanan heç bir kəs bu insanlara bel bağlamaz, onlara salam verməz, izlərini basmaz, hallarına acımaz.

Son bir əsrdə ermənilər tərəfindən törədilən minlərlə qətllər, soyqırımlar, terror aktları, kütləvi insan tələfatları deməyə əsas verir ki, onlar dünyanın ən qəddar xalqıdır. Ermənilər nəinki sığındıqları azərbaycanlılara, eləcə də türklərə, fransızlara, ruslara, ingilislərə və başqa xalqlara qarşı terror, qətl hadisələri törətmiş, xəyanət etmişlər. Fikir verin, birinci dünya müharibəsində ermənilərin milli qəhrəman səviyyəsinə qaldırdıqları, adını və heykəlini ucaltdıqları Andranik minlərlə azərbaycanlının və türkün qanını axıtmış, yəhudilərin, kürdlərin, rusların ölümünə səbəb olmuş, başqa dövlətlərə satılaraq dinc insanların məhv edilməsində fəal iştirak etmişdir. Ermənilər tərəfindən heykəli ucaldılan, adına küçələr salınan, şəninə dastanlar yazılan Qaregin Njde isə öz babalarının yolunu gedərək ikinci dünya müharibəsində almanlara satılmış, Sovet ordusuna qarşı vuruşmuş və saysız - hesabsız insan qətlinə imkan yaratmışdır. Tarixdə saysız - hesabsız cinayətlər törədən, etnik mənsubiyyətlərdən aşlı olmayaraq minlərlə insan qətllərinin Ermənistan hərbi-siyasi rəhbərləri tərəfindən dəstəklənməsi faşizm ideologiyasının dövlət səviyyəsində müdafiə edilməsi və bəşəriyyətə çox böyük hörmətsizlikdir. Bu gün Ermənistan dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə ucaldan birinci dövlətdir. Bunun nəticəsidir ki, Ermənistanın keçmiş və indiki rəhbərləri həmişə qan tökmələri, qəddarlıq etmələri, kənd və şəhərləri viran qoymaları, cinayətlər törətməkləri ilə fəxr edir və bu çirkin əməllərindən qürur duyurlar.

Ermənilərin fəxri sayılan Zori Balayan 13 yaşlı azərbaycanlı qızın dərisini diri-diri soyması ilə fəxr etdiyi halda, keçmiş prezidentlər Koçaryan və Sarkisyan Xocalı soyqırımında bilavasitə iştirak etdiklərinə, yüzlərlə uşağı, qocanı, qadını qətlə yetirdiklərinə görə qürur duyur və bunu beynəlxalq aləmə bəyan edirlər. Onlar bu gün də törətdikləri ağır cinayətin fərqində deyillər və yeni, daha ağır qətlər, soyqırımlar həyata keçirmək arzusundadırlar. Bir vaxtlar, “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz stereotipləri qırdıq, yəni azərbaycanlılara qəddarlığımızı göstərdik”, deyən S.Sarqsyan ikinci Vətən Müharibəsində, “İskəndər” raketlərinin isə salınmamasından təəssüf hissi keçirdiyini bildirir və buna görə baş Nazir N.Paşinyanı günahlandırır. O, bu raketlərin müharibə başlayan ilk günlərdən istifadə olunmasının və külli miqdarda insan məhv edilməsinin vacib olduğunu dilə gətirməklə faşist xislətini bir daha dünyaya nümayiş etdirir. Ancaq Sarqsyan bilməmiş deyildir ki, həmin raketlər dinc əhaliyə qarşı istifadə edilmiş, Bərdəyə, Gəncəyə, Tərtərə atılmış və onlarla insan qətlə yetirilmiş, mülki obyektlərə ciddi ziyan dəymişdir.

Azərbaycan Prezidenti deyir: “Ermənistan rəhbərliyi indi gileylənir ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə günahlandırmaq hər şeydən asandır. Ancaq onu da deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir, müftə verilməmişdir. Özü də bir il yox, iki il yox, 30 il ərzində onları bizə qarşı silahlandırırdılar. Biz bilirdik müharibə dövründə Ermənistana nə qədər pulsuz silah verildi, müharibədən əvvəl nə qədər verildi... Ermənistana gündə bir neçə təyyarə pulsuz silah gətirildi. Həmin o “İskəndər” raketlərini Ermənistan pulla alıb? Pulsuz alıb. “S-300”, hansı ki, biz yeddisini məhv etmişik, onlarda pulsuz verilib, tanklar da, toplar da, digər hava hücumuna qarşı sistemlər də. Biz onların hamısını məhv etmişik. Ermənistan ordusu yoxdur, batıb, qurtarıb”.

Belə olan halda, onun-bunun əlinə baxa-baxa yaşayan, qul kimi əyilən, ancaq arxasını yerə verməyən Ermənistan rəhbərləri, siyasətçiləri revanş əldə etmək, müharibəyə başlamaq arzusundadırlar. Başa düşülən deyil. Tam məğlubiyyətə uğrayan, müharibənin dayandırılması üçün diz çöküb yalvaran, məğlubiyyət aktına imza atan, iqtisadi cəhətdən çökən, vətəndaş müharibəsi şəraitində yaşayan bir ölkə hansı ordu və qüvvə ilə müharibə aparmağa qadirdir və döyüşlər bərpa olunarsa Ermənistanın hansı vəziyyətə düşəcəyi hər bir kəsə məlumdur. Rus sülhməramlılarının Qarabağ ərazisində yerləşdirilməsi və onların müəyyən məqamlarda ermənilərə güzəştə getmələri erməni millətçilərində belə bir təsəvvür yaradır ki, artıq rus ordusu onların yanındadır və döyüşlər başlanılarsa ruslar onların əvəzinə vuruşacaqlar. Bu, bir xəyaldır. Xəyal olsa da, erməni faşistlərinin niyyətlərini, təcavüzkarlıq məqsədlərini qiymətləndirmək, bilmək baxımından əhəmiyyətlidir”, deyə millət vəkili qeyd edib.

Deputat xatırladıb ki, çoxlarının qeyd etdiyi kimi millətçilik, nifrət, kin, xəyanət erməni xalqının qanını tamamilə zəhərləmişdir.

“Ölkə çıxılmaz vəziyyətdə olduğu bir halda erməni siyasətçiləri, diaspora təşkilatları yenə də qonşu dövlətlərə qarşı torpaq iddiasından əl çəkmir, sərsəm fikirlər səsləndirirlər. Ermənilərə görə qonşu dövlətlərin əksər əraziləri tarixi erməni torpaqlarıdır. Bu gün ermənilər Gürcüstanın bir çox ərazilərini Ermənistana qatmaq məqsədi ilə çağırışlar edir və təxribatlar törədirlər. Hətta onlar Rusiyanın bir çox ərazilərinin erməni torpaqları olduğunu belə dilə gətirməkdən çəkinmirlər. Ermənistanın Rusiyanın qulu rolunda çıxış etdiyi, rusların ayağına düşdüyü, ondan imdad dilədiyi bir vaxta erməni siyasətçilərinin səsləndirdikləri bu fikirlər əsl riyakarlığın, xəyanətin nümunəsidir.

Rusiyadakı erməni diasporunun nümayəndəsi Norayr Qriqoryan açıq şəkildə bəyan edir ki, diasporun əsas və təxirəsalınmaz vəzifəsi Soçi və Adler şəhərlərində erməni muxtariyyəti əldə etməkdir. O, bildirir ki, Abxaziya bizimdir. Dağıstan və Çeçenistan “Böyük Ermənistan”ın tərkibində olmuşdur və ermənilər bu ərazilərdə öz hüquqlarını bərpa etməlidirlər. ABŞ-dakı erməni icmasının tanınmış üzvlərindən biri Artaşes Poqosyan isə erməni rəhbərlərini xain adlandırır. Bakıya satılmaqda günahlandırır: ”Deyəsən Ermənistan rəhbərliyi ilə Bakı arasında yeni, ictimayyətə açıqlanmayan razılaşma var”, deyir Artaşes Poqosyan. Bax budur, erməni xisləti, erməni düşüncəsi, erməni riyakarlığı. Ancaq bu riyakarların, faşistlərin səsinə səs verənlər, onları həvəsləndirənlər, yeni münaqişələrə yol açmağa imkan yaradanlar var.

Cənab İlham Əliyev belələrinə qarşı barışmazdır və özünün kəskin mövqeyini ortaya qoyur: “ Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu canlandırmaq istəyirlər, onları modernləşdirmək istıyirlər. Nəyə görə? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumuruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu batdı, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır”.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, erməni xalqı, ölkənin hərbi-siyasi dairələrinin rəhbərləri faşizm ideologiyasının əsirinə çevrilmişlər. Uzun illər xalqımıza qarşı aparılan təcavüzkarlıq siyasəti və mövcud vəziyyət bunu aydın göstərir. 30 il torpaqlarımızın işğal altında saxlanılması, kütləvi qətlər, eləcə də müharibə günlərində dinc əhalinin və mülki obyektlərin raket atəşinə tutulması, əcnəbi vətəndaşların, PKK üzvlərinin, terrorçu qruplaşmaların Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb edilməsi bu dövlətin terrorçuluq siyasətini özündə əks etdirir. Yaxşı haldır ki, hazırda beynəlxalq aləm Ermənistanda faşizmin təbliğinin dövlət siyasəti səviyyəsinə qaldırılmasını, belə bir təhlükəli meylin qorxulu bir tendensiyaya çevrildiyini anlamağa başlamışdır. Njde və daşnaqsutun ideologiyası ilə silahlanan erməni xalqı bilməlidir ki, bu ideologiya faşist ideologiyasıdır, nəinki erməni xalqı, bəşəriyyət üçün çox təhlükəlidir. Çünki bu ideologiya insanlığa qarşıdır, dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulmuşdur. Erməni dövləti və xalqı faşist ideologiyasından, millətçilik niyyətlərindən əl çəkib qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmasa, iqtisadiyyatın, ictimai-siyasi sabitliyin, insanların normal yaşayışının qeydinə qalmasa məhv olacaqdır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə