“Şeytan detallarda gizlənir, işi gözdən salmaq istəyir” ÖZƏL-MÜNASİBƏT

“Şeytan detallarda gizlənir, işi gözdən salmaq istəyir” ÖZƏL-MÜNASİBƏT

“Mən təəssüf edirəm ki, bəzən insanlar elə müsahibələr verirlər, elə ifadələr səsləndirirlər ki, olan-qalan hörmətlərini də itirirlər və birinci zərbəni əlbəttə özlərinə vururlar. Cənab İlham Əliyev müharibə dövründə əgər zəif idisə nə üçün 4 milyarddan yuxarı sosial şəbəkə hesablarında, Twitterdə dünya üzrə ilk beşlikdə qərarıaşmışdı? Hətta bəzi məqamlarda ilin siyasətçisi də elan olundu". Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Vəhdət” Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Partiya sədri xüsusilə qeyd edib ki, ölkə başçısı Cənab İlham Əliyevin 28 xarici jurnalistə müsahibəsi dünya erməniliyinin iç üzünü açdı, Ermənistan Respublikasının siyasətini ifşa elədi və bu məsələdə çox ciddi şəkildə rol oynadı.
“Müharibə aparan bu ölkənin Ali Baş Komandanı Cənab İlham Əliyev olub və bu qələbənin birinci qalibi də şəxsən ölkə başçımız olub. O təşkil edib bütün strategiyanı, taktikanı və hər dəfə də qələbələr barədə çıxışlar edib. Lap belə deyək ki, kimsə, yaxud hansısa dövlət bunu təşkil edib, ya da nə isə eliyib, bizə ən əsası dövlətlərimizin azadlığı lazım idi ki, bunun da birinci səbəbkarı məhz Cənab Prezident İlham Əliyevdir. Torpaqlarımız azad olunub və azad olunma prosesinə və Azərbaycanın yenidən doğuluşuna rəhbərlik edən Cənab İlham Əliyev olub.
Belə məsələlərdə mən çox təəssüf eliyirəm ki, bəziləri strategiyanı qoyub, taktiki məsələlərdən yapışırlar. Bilirsiniz, şeytan detallarda gizlənir. Hansısa detaldan istifadə etməklə ümumi işi, ümumi strategiyanı gözdən salmaq olmaz. Bunu edən hər kəs birinci növbədə özünə ziyan edir. Əgər kimsə nüfuz qazanıbsa, o nüfuzunu da itirir. Çünki, haqsızlıq, ədalətsizlik dərhal bilinir.
Başqa müxalifət liderərindən də təəssüf ki, “Ermənistan zəif idi, ona qalib gəlməyə nə var idi”, kimi belə uyğunsuz fikirlər eşidilir. Söhbət ondan gedir ki, biz təkcə Ermənistana qalib gəlməmişik. Biz 12 milyonluq dünya erməniliyinə, özü də mütəşəkkil təşkil olunmuş, böyük siyasətçiləri, milyarderləri və çox ciddi təşkilatları olan, 150 ildir artıq təşkilatlanmış dünya erməniliyinə, onun ideologiyasına qalib gəlmişik ki, buna rəhbərlik edən məhz Cənab İlham Əliyev olub, başqası olmayıb. Ona görə də mən bunun əksini deyənləri qınayıram. Yenə deyirəm, hər kəsin mahiyyəti onun dilinin altında gizlənir deyə, bir çoxları öz dili ilə, öz ifadəsi ilə olub-qalan hörmətlərini itirirlər. Belə hərəkətlər, belə ifadələr qarşısındakının heç zaman qiymətini aşağı salmayacaq, daha da onu ucaldacaq. Çünki, hər kəs öz içində haqqın harada olduğunu bilir. Nə şəkildə yozumundan asılı olmayaraq Azərbaycan qalib gəldi, Ermənistan diz çökdü və bu uğurlu əməliyyatların Ali Baş Komandanı Cənab İlham Əliyev oldu.
Mən yenə də deyirəm ki, son 215 il ərzində Azərbaycanın torpağı bütövləşir ki, bunu da bütövləşdirmək Cənab İlham Əliyevə qismət oldu. Tarixdən bu faktı silmək mümkün deyil. Mən hesab edirəm ki, dünyada və ölkə daxilində hətta Cənab İlham Əliyevi və Azərbaycanı istəməyən düşmənləri belə onun qələbəsini etiraf eliyir. Azərbaycanın istifadə etdiyi hərbi taktika hal-hazırda xarici ölkələrin hərbi məktəblərində tədris olunur. Bəs onda onlar dəli olublar ki, bunu tədris edirlər? Yaxşı, tutaq ki, Rusiya verib, bəs Amerikanın Quru Qoşunları Komandanı Cənab İlham Əliyevi və Azərbaycanı, onun hərb sənətini, qalibiyyətini niyə məth edirdi? Yaxud, NATO-nun rəhbəri, ya da Çinin başçısı niyə tərif edirdi bəs? Ona görə də mən hesab eliyirəm ki, səbrli yanaşmaq lazımdır və belələri də olacaq”, deyə Tahir Kərimli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə