"Mənim addımım"ın 80%-i Paşinyanın istefasını istəyir “İrates” qəzeti yazır
“Mənim addımım” fraksiyasının üzvlərinin təqribən 80%-i baş nazir Nikol Paşinyanın istefası fikrini dəstəkləyir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “İrates” qəzeti yazır.
Qəzet yazır ki, Parlament çoxluğunun nümayəndələrindən biri özü bu barədə “İrates” qəzetinə danışıb.
“Əlbətdə ki, getməlidir. Müharibədə məğlub olan insan necə dövlət başçısı postunda qala bilər? Bu təslim hamımızı təəccübləndirdi”, deyə o bildirib.
Deputat eyni zamanda, “Mənim addımım” fraksiyasının üzvlərinin meydanda etiraz edən müxalifətə qoşulmağa hazırlaşmadıqlarını söyləyib.
"Paşinyan istefa edərsə, komandamızın bir nümayəndəsi, deyək ki, Baş nazirin müavini Tiqran Avinyan və ya Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan, növbədənkənar parlament seçkilərindən əvvəl onu baş nazir olaraq əvəz etməlidir", deyə Ermənistanın hakim partiyasından olan millət vəkili bəyan edib.
Göründüyü kimi, Ermənistanda nəinki müxalif qüvvələr, digər siyasi partiyalar, yaxud adi vətəndaşlar, hətta Paşinyanın hakim, “Mənim addımım” partiyasından olan deputatların da mütləq əksəriyyəti onun istefası tərəfdarıdır. Məhz bu baxımdam da demək olar ki, əgər deputat özü etiraf edirsə ki, onun istefasının tərəfdarları 80% təşkil edir, deməli, bu rəqəm daha böyükdür, tərəfdarlarının sayı, faizi daha çoxdur. Bu isə ondan xəbər verir ki, indi bütövlükdə erməni cəmiyyəti baş nazir Paşinyanın əleyhinədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB