Nikol Paşinyan məsuliyyətdən boyun qaçırmaq üçün cəhdlər edir, halbuki, Ermənistanın məğlubiyyətə görə bütün məsuliyyəti o özü daşıyır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Parlaq Ermənistan” fraksiyasının üzvü Qevorg Qorqisyan bu gün parlamentdəki brifinqdə söyləyib.
“Bir halda ki, “Mənim addımım” fraksiyasının bir deputatı Müdafiə Nazirliyi ilə məsafədən müharibəyə başlayır, bu özü, idarəetmə sistemində total bir xaos hökm sürdüyünü göstərir. "Mənim addımım" fraksiyasının artıq gücü yoxdur ", deyə millət vəkili bildirib.
Deputat, müxalifətin təklif etdiyi gündəmi görməməzlikdən gəldiyini nəzərə alaraq dünəndən etibarən fraksiyanın parlamentin işində iştirakı məsələsinin müzakirə edildiyini söyləyib. Gevorg Gorgisyan qeyd etdi ki, "Parlaq Ermənistan" fraksiyasının hökumət saatında iştirak edib etməyəcəyini hələ deyə bilməz.
“Bir şey dəqiqdir ki, Ermənistan məğlub bir liderlə irəliləyə bilməz. İnanıram ki, baş verənlər təkcə müdafiə naziri David Tonoyanın deyil, diplomatik blokdan başlayaraq bütün hökumətin günahıdır. Əslində, biz bu müharibəyə hazır deyildik, amma bunun üçün ilk növbədə baş nazir cavabdehdir. Bir şəxs az da olsa ləyaqətə sahibdirsə, o zaman məğlubiyyəti qəbul edib getməlidir, amma Nikol Paşinyan bunun əvəzinə hamını günahlandırır”, deyə Qevork Qorqisyan Ermənistanın baş nazirini təhqir və ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB