Aqil Abbas “Eurovision”un keçirilməsi üçün yerlər təklif edir

Aqil Abbas “Eurovision”un keçirilməsi üçün yerlər təklif edir

Milli Məclisin üzvü Aqil Abbas gələn il Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi üçün Tofiq Bəhrəmov adına Respublika Stadionunu təklif edib. SİA xəbər verir ki, parlamentdə jurnalistlərlə söhbətində deputat qeyd edib ki, Bakıda yalnız bu stadion böyük sayda insanları qəbul edə bilər.

"Stadionda bütövlükdə 45 min adam otura bilər. Sovet vaxtında bu qədər insan futbola baxa bilirdi",-deyə A.Abbas qeyd edib. Bununla yanaşı, millət vəkili ölkənin digər yerlərində də mahnı müsabiqəsinin keçirilməsini mümkün sayıb: "Məncə, Lənkəran və Gəncədə də həmin müsabiqə təşkil edilə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə