"Minsk Qrupunun həmsədrləri son 26 ildə Qarabağ probleminin həlli prosesinə zərbədən başqa heç bir effekti olmayan yanaşma üslubunu təəssüf ki, bu günlərdə də davam etdirdi və hərbi-diplomatik müstəvidə hətta karların-korların da görə bildiyi kordinal dəyişiklikləri nəzərə ala bilmədi və ya sadəcə almadı". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspertin fikrinə görə, iki gün əvvəl Minsk Qrupu həmsədrləri, yəni Fransa, Rusiya və ABŞ təmsilçisi birgə bəyanat yaydılar: "Onlar üçün bağışlanmaz haldır ki, status-kvonun 27 sentyabra qədərki halı üçün xarakterik olan və özünü heç vaxt doğrultmamış "atəşkəsə nəzarət" mexanizmi barədə köhnə bayanatını yenidən oxumağa başlayıblar. İndi status-kvo da, təmas xətti deyilən kombinasiya da Azərbaycanın gücü ilə dəyişdirildi. Həmsədrlərin iki gün əvvəl dedikləri "atəşkəsə nəzarət mexanizmi yaradılmalıdır" yanaşması daha əvvəllər də deyilmişdi və Azərbəycan tutarlı şəkildə sübut etmişdi ki, bu mexanizm məsələsi münaqişənin həll olunmamış vəziyyətini süni uzatmaq və Ermənistanın mənafelərinə xidmətdən başqa bir şey deyil".
A.Quliyev vurğulayıb ki, bundan qabaq həmsədrlər illər boyu təmas xəttindəki snayperlərin içərilərə çəkilməsi ideyası üstündə təkid edirdilər: "Azərbaycan erməni oyunlarına xidmət edən bu təklifi də vurdu və göstərdi ki, münaqişənin real həllini istəyirsinizsə, bunun üçün atəşkəs mexanizmi, snayperlər məsələsi kimi aldadıcı üsullara uymaq yox, mahiyyətli danışıqlara başlamaq və problemi həll etmək lazımdır. Azərbaycan tamamilə haqlı idi ki, öz torpaqları üzərindən snayperləri nə üçün geri çəkməlidir? Snayperləri çəkmək tələbi yalnız ermənilərə aid edilməlidir. Eynilə atəşkəsə nəzarət mexanizmi də münaqişəni uzatmaq və Ermənistanın mənafelərinə dəstək vermək üsuludur. Azərbaycan illər boyu həmsədrləri inandırmaq istədi ki , atəşkəsin yeganə möhkəm üsulu Ermənistanın işğal etdiyi torpaqlardan tam çıxmasıdır.Təəssüf ki, həmsədrlər bu perspektivli və yeganə düzgün mövqeni lazımınca qiymətləndirə bilmədilər. Daha doğrusu istəmədilər. Minsk Qrupunun hənsədrlərinin son atəşkəsə nəzarət mexanizmi çağırışı da mənasız kağız parçası olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB