Gün ərzində yaşanan yaddaş pozğunluqlarının sirri tapıldı

Gün ərzində yaşanan yaddaş pozğunluqlarının sirri tapıldı
Elm adamları gün ərzində yaşanan yaddaş itkisi və bununla bağlı olan xətaların səbəbini tapıblar. SİA-nın xəbərinə görə, elm adamları bir dəqiqə əvvəl əldə olan açarın hara qoyduğunu unutmaq, çay paketini səhvən su qızdırıcısının içinə qoymaq kimi yaddaşsızlıqların səbəbini aşkar ediblər. ABŞ-ın elm adamlarının siçanlar üzərində etdiyi təcrübələr beynin bəzi nöqtələrinin yorğunluq anlarında gündə 40 dəfə yuxu halına keçə bildiyini göstərib. Bu vəziyyət beyinin digər hissələri oyanıq olsa belə davam edə bilər. Elm insanları bu vəziyyəti xüsusilə həddindən artıq yorğun olan anlarda edilən səhvlərin səbəbi olaraq göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə