“Tarixi, mədəni abidələrə qəsd bəşəriyyətə qəsddir” ÖZƏL-MÜNASİBƏT
“Bəşəri dəyərləri qorumaq üçün bəşəri ideyalara sahib olmaq, yiyələnmək lazımdır. Çox təəssüf olsun ki, ermənilər bəşəri dəyərlərdən uzaqdırlar. Onlar terror, təxribat, qırğın, ölüm, başqalarının torpaqlarını zəbt etmək arzusularını əsrlərlə öz qəlblərində yaşadıblar və bu arzulara sahib olan adamlar heç zaman bəşəri dəyərlərə hörmət etməzlər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, ona görə də onlar, ermənilər harada olublarsa, ancaq təxribatla, insan ölümü ilə, terrorla məşğul olublar və bu gün də o üzünü göstərir.
“Əlbəttə ki, tarixi abidələrə, mədəni abidələrə qəsd bəşəriyyətə qəsddir. Çünki, bu abidələr ortaq bəşəri dəyərlərdir. Heç şübhəsiz ki, məscidlərin dağıdılması birinci növbədə də müsəlman dünyasına qəsddir. Hər bir insan ərazisindən, dinindən, irqindən asılı olmayaraq həmin dəyərlərə yiyələnməlidir, həmin dəyərlərdən nə isə götürməlidir, ondan istifadə etməlidir. Çünki, əgər tarixi abidələr, mədəni abidələr məhv olunursa, hansısa bir xalqın tarixi məhv edilir. Ona görə ki, bu abidələr uzun əsrlər yaşayıblar, insanların həm tarixini, həm onların intellektual səviyyəsini, həm mədəniyyətini, həm psixologiyasını özündə əks etdirirlər. Ona görə də mədəni xalqlar yüksək intellektə, bəşəri dəyərlərə malik xalqlar heç vaxt hər hansı bir xalqın tarixi, mədəni abidəsinə əl uzatmaz, onu məhv etməz. Hətta müharibə dövründə də bizim faşist adlandırdığımız o vaxtkı faşist almanlarla bağlı bu faktlar var ki, işğal etdikləri yerdə tarixi, mədəni abidələrə əl uzatmayıblar, onları məhv etməyiblər. Çox vaxt onları qoruyublar. Bu gün ermənilərin bu hərəkəti onların təbiətindən doğur, onların genindən gəlmədir. Bu dağıdıcılıq bir vəhşilik əlamətidir. Cənab Prezident İranın ölkəmizə yeni təyin olunmuş səfiri ilə söhbətində bu məsələlərə çox yaxşı aydınlıq gətirdi və göstərdi ki, erməni təcavüzkarları, erməni silahlı birləşmələri nəinki Azərbaycan torpaqlarını işğal ediblər, hətta bizim tarixi, mədəni abidələrimizi məhv ediblər, bizim qəbristanlıqlarımızı da yer üzündən siliblər, götürüblər. Onlar bizim məscidlərimizdə hətta heyvan saxlayırlar. Hətta bizim tarixi yerlərimizi, tarixi məkanlarımızı onlar yer üzündən silmək fikrindədirlər və onlar bunun üçün ən çirkin əməllərə əl atıblar və atırlar. Əlbəttə ki, bu yolverilməzdir. Ona görə yolverilməzdir ki, tarixi, mədəni, dini abidələri qorumaq beynəlxalq bir vəzifədir. Bu beynəlxalq müqavilələrdə, konvensiyalarda öz əksini tapıb ki, müharibə ola bilər, ancaq müharibə olan yerdə mütləq bu abidələr qorunmalıdır, ona hörmətlə yanaşılmalıdır. Çünki, o həmin xalqın tarixidir, həmin xalqın mədəniyyətidir, həmin xalqın intellektual səviyyəsidir. Ona görə də ermənilərin bu hərəkətləri elə bilirəm ciddi qınaq mövzusu olmalıdır. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar bu sahədə öz imkanlarını hərtərəfli istifadə etmirlər. Çünki, bu beynəlxalq müqavilələrə, konvensiyalara ermənilərin özləri də imza atıblar. Bunlardan tələb etmək lazımdır ki, sən imza atdığın bu konvensiyaları, bu müqavilələri niyə pozursan, nədən pozursan və bununla əlaqədar olaraq ciddi tədbirlər həyata keçirilməlidir. Erməni xalqı başa düşməlidir ki, onun özünün keçmişi yoxdur və hərhansı bir xalqın keçmişinə əl uzatmaq, onun mədəni, tarixi abidələrinə qəsd etmək həmin xalqa etdiyi ən böyük təcavüzdür və bunun cavabını nə vaxtsa ermənilər verməlidirlər.
Azərbaycan xalqı səbrli, təmkinli xalqdır. Əlbəttə ki, bu bizim hər birimizi ağrıdır. Hər birimizi kədərləndirir ki, bizim min illərlə tarixi olan abidələrimiz, məkanlarımız təcavüzə məruz qalır, onlar məhv edilir. Ancaq, yenə deyirəm, səbrin də bir həddi var. Elə bilirəm erməni təcavüzkarları etdiklərinin cavablarını alacaqlar və sözsüz ki, beynəlxalq təşkilatlar da bu sahədə, bu işdə bizə yardımçı olmalıdırlar”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB