"Prezidentin çıxışında sarsılmaz birlik bir daha nümayiş olundu" ÖZƏL - AÇIQLAMA
"Yunanıstan səfiri ilə olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.
"Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxunmuş, vacib fikirlər səsləndirmişdir. Beləki cənab Prezident İlham Əliyev hər iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, əməldaşlığın geniş spekrlı olduğunu və fəal siyasi dialoq olduğunu diqqətə çatdırdı. Yunanıstan səfiri ilə olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi" - deyə, Rufiz Qonaqov bildirib.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, ölkə rəhbərinin bu görüşdəki nitqinə diqqət çəkib: "Prezident, bu görüşdə bildirdi ki, "Yunanıstan, Kipr və Ermənistan üçlük formatı yaradaraq, Azərbaycana qarşı fəaliyyət göstərirlər. Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq ölkəmiz üçün ciddi narahatlıq yaradır. Şərqi Aralıq dənizi mövzusunda Azərbaycan Türkiyənin mövqeyini qəti şəkildə dəstəkləməkdədir. Türkiyə həmişə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi Azərbaycanda hər zaman qəti şəkildə Türkiyənin yanlndadır". Bu bir daha onu nümayiş etdirir ki, ölkə rəhbərimiz Azərbaycanın milli maraqlarını qətiyyət və əzmkarlıqla hər bir görüşdə müdafiə edir".
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri qeyd ediib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dünya diplomatiya tarixinə yazılan açıq, səmimi və olduqca mühüm bir nümunədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB