“Radikal təfəkkürlü təşkilatlar qarayaxma kampaniyasına xidmət edir” ÖZƏL-MÜNASİBƏT

“Mən dəfələrlə demişəm ki, xaricdə azərbaycanlı həmvətənlərimizin keçirdikləri aksiyalar siyasiləşdirilməməlidir”. Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, Avropada onlarla insan, xüsusən Fransada, Almaniyada, İsveçrədə, İngiltərədə demək olar hər gün belə aksiyalar keçirir və bunu heç kim bu qədər siyasiləşdirmir.
“Hər kəsin öz etirazını bildirmək hüququ var. İnsan Haqları Konvensiyası da bunu təsdiq edir. Bir sıra radikal təfəkkürlü təşkilatlar bəzi hallarda qarayaxma kampaniyasına xidmət edir. Bu, normal haldır. Yəni hamısı dövləti dəstəkləyə bilməz, xalqın yanında ola biləcək mənəvi idealogiyaya sahib ola bilməz. Təbii ki, vətənsevəri də olacaq, xəyanətkarı da. Digər tərəfdən bir sıra insanlar, xüsusən radikal düşüncəli insanlar üçün nə xalq, nə millət, nə dövlət, nə vətən idealogiyası yoxdur. Onlar üçün sadəcə “maddi vəsait” əldə etmək önəmlidir. Yəni həmin insanlar üçün müqəddəs amala xidmət etmək kimi bir düşüncə yoxdur. Əfsuslar olsun ki, meşə çaqqalsız olmur.
İnsanlar susursa, susurlar deyirlər, etiraz edirsə, etriraz etdi deyirlər. Əfsuslar olsun ki, qrant almaq üçün belə ucuz yola baş vururlar. Ona görə də, hesab edirəm, bu kimi düşüncələrə qapılıb, onların dəyirmanına su tökməyə gərək yoxdur. Amma bu, o demək deyil ki, vətən xainləri unudulmalıdır. Əksinə, onları hər kəs tanımalıdır. Adları ilə və vətənə, millətə, xalqa etdikləri yalnışlar ictimailəşdirilməlidir. Belə vətən xainlərinin ictimailəşdirilməsi də, hər kəsə də ibrətli dərs olmalıdır”, deyə Əsli Kazımova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə