“Hərbi əməlliyyatlar olarsa, itki verməyəcəyimizi gözləmək axmaqlıqdır" Serj Sarkisyan

Hamının xilas olunmamasına görə ürəkdən təəssüflənirəm. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan öz Facebook səhifəsindəki videomüraciətində deyib.

“Hərbi əməlliyyatlar olarsa, itki verməyəcəyimizi gözləmək real deyil və axmaqlıqdır", deyə Ermənistanın üçüncü prezidenti vurğulayıb.

Serj Sarkisyanın sözlərinə görə, Ermənistan tərəfinin itgiləri az olmayıb. "Belə böyük bir döyüşdən sonra məyus olduq və kədər hissi keçirdik", deyə Serj Sarkisyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...