"Yumşalma prosesi başlanandan yoluxma sayı artıb"

"Bu gün Azərbaycanda hər hansı informasiya boşluğu yoxdur. Koronavirusun fəsadları ilə bağlı bizim televiziyalarda mütəmadi məlumatlar verilir. Bütün bunlara baxmayaraq, insanlarda bu məsələyə məsuliyyətsiz yanaşma davam edir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasda çıxış edərkən deyib.

O bildirib ki, bu gün heç kim istəməz ki, insanlara əlavə cərimələr tətbiq edilsin: "Bu, sırf Azərbaycan üçün spesifik problem deyil. Biz bu cəriməni bu gün tətbiq etməklə vətəndaşı qorumağa çalışırıq. Yumşalma prosesi getdikcə yoluxma sayı artmağa başladı”.

A.Quliyev təklif edib ki, cərimələr iki halda tətbiq edilməlidir: “Açıq havada və qapalı məkanlarda maska taxmaqla bağlı risklər fərqlidir. Bu gün biz 50 manatı qapalı məkanlarda maskadan istifadə etməyən insanlara tətbiq edə bilərik. Açıq havada bu rəqəm 20-30 manat həcmində götürülə bilər. Fazil müəllimin hüquqi şəxslərin burada məsuliyyətdən azad olunması fikri ilə razı deyiləm. Ən çox elə onlar məsuliyyətə cəlb edilməlidir. Cərimə sanksiyaları yalnız insanların sağlamlığını qorumaq üçün tətbiq edilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...