Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Ermənistana rəsmi səfər edəcək. SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, səfər aprelin 26-da baş tutacaq. Səfər zamanı Gürcüstan xarici siyasət idarəsinin rəhbəri ermənistanlı həmkarı ilə görüşəcək. Görüş zamanı iki dövlət rəhbərləri arasında keçirilən son görüş zamanı əldə edilən razılaşmaların gələcək perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, ötən həftə Ermənistana rəsmi səfərə Gürcüstanın müdafiə naziri Baçı Axalaya səfər etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB