Gənc nəslin Qarabağ, onun tarixi, maddi-mənəvi mədəniyyəti haqqında bilikləri hətta yox dərəcəsindədir”-Açıqlama
"Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Bakı şəhərində "Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın - məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbi" layihəsini icra edir. İctimai Birliyin və layihənin rəhbəri Nürəddin Mehdiyev SİA-ya verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi qaçqın - məcburi köçkün uşaqlarının həftə sonu məktəbi vasitəsi ilə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair biliklərini artırmaq, Qarabağda anadan olmayan məcburi köçkün uşaqların Qarabağ haqqında, onun zəngin mədəniyyəti haqqında daha geniş biliklərə yiyələnməsi ilə öz ata-baba yurdlarına mənəvi bağlılıqlarını artırmaq, özünə inamını yüksəltmək, vətənpərvər vətəndaş kimi böyüməsinə yardımçı olmaq, məcburi köçkün uşaqların səsinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarına çatdırmaqdır.
"Bu gün dövlətimiz Qarabağın qaytarılması üçün bütün mümkün vasitələrdən istifadə edir və bunlar Azərbaycan cəmiyyətinə özünəinam və ümid verir. Əlbəttə dövlətlə yanaşı bu işdə vətəndaşların da üzərinə vəzifələr düşür. Bu vəzifələrdən biri bilikli olmaq və haqlı mövqeyimizi dünyaya anlatmaqdır. Amma təəssüf ki, bəzən istəklərlə həyata keçirilən işlər arasında fərqlər olur. Müşahidələr onu göstərir ki, gənc nəslin Qarabağ, onun tarixi, maddi-mənəvi mədəniyyəti haqqında bilikləri nəinki azdır, hətta yox dərəcəsindədir. Bu baxımdan qaçqın və məcburi köçkün uşaqlar da istisna deyil. Bu uşaqlar məcburi köçkün statusunda olsalar da vətənləri olan Qarabağda anadan olmayıb, orada yaşamayıblar. Onlar indi Azərbaycanın müxtəlif bölgələrində yaşayır və təhsil alırlar. Bu təhsil müəssisələrində təhsil proqramlarında Qarabağı ayrıca bir dərs kursu kimi öyrənilmir. Digər tərəfdən bu mövzunu aktual edən səbəblərdən biri də müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin xarici ölkələrdən gələn uşaq həmkarları ilə görüşlərdə məcburi köçkün uşaqların vətənləri haqqında daha çox biliklərlə silahlanması istəyidir. Bu Qarabağla bağlı daha obyektiv informasiyanın dünya xalqlarına, dünyanın müxtəlif ölkələrindən olan uşaqlara çatdırılmasına əhəmiyyətli dərəcədə kömək olardı. Qeyd olunanlar müəyyən etdiyimiz problemi daha da aktual edir və bu istiqamətdə layihənin həyata keçirilməsini zəruri edir".
N.Mehdiyev qeyd edib ki, layihə çərçivəsində Bakı şəhərində seçilən məktəbdə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın-məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbləri keçirilir. Təlimlər zamanı uşaqlara Qarabağ haqqında, onun zəngin mədəni irsi, tarixi haqqında daha geniş biliklərin verildiyini deyən layihə rəhbəri vurğulayıb ki, layihənin sonunda iştirakçı olan uşaqlar adından dünya uşaqlarına məktub hazırlanacaq: "Məktubda dünya uşaqlarının diqqəti ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə, maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktlarına yönəldiləcək. Layihə haqqında məlumatlar mərkəzi KİV-lərdə dərc olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB