"Tələblərə əməl etmək vicdan borcumuzdur" ÖZƏL-MÜNASİBƏT

"Tələblərə əməl etmək vicdan borcumuzdur" ÖZƏL-MÜNASİBƏT

May ayının 4-dən etibarən karantin rejimi önəmli dərəcədə yumşaldılıb, ölkəmiz, bu planda yeni mərhələyə keçib. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib. O, həmçinin qeyd edib ki, karantin rejiminin yumşaldılmasında diqqəti cəlb edən mühüm məqamlar var.

“Karantin rejimin yumşaldılması diqqəti iki mühüm məqama cəlb edir ki, bunlardan birincisi, görülmüş qabaqlayıcı tədbirlər öz bəhrəsini verib, yumşaldılmalara zəmin yaranıb, ikincisi isə, dövlətimiz vətəndaşına inanır.

Bax, məhz bu məqamlar hər birimizi, özlyündə daha dərin məsuliyyətə səs¬lə¬məkdədir, deyə düşünürəm. Çünki rəsmi olaraq da, dünyanın dörd yanından ciddi mütəxəssislərin rəyincə də bilinir ki, koronovirusun vaksini ilə bağlı sınaqlar hələ tam bitməyib və virusun yayılma təhlükəsi tam sovuşmayıb. Üstəlik, “COVİD19” adlandırılmış bu virusun həndəsi silsilə ilə artma özəlliyi diqqətdən qaçmamalıdır. Yəni, durumun kritik həddə olmaması o demək deyil ki, artıq respublikamızda bu virus tamamilə yoxa çıxıb və biz pandemiya öncəsində olduğu kimi sərbəst hərəkətlərdə buluna bilərik. Uzaq olsun, əgər çevrəmizdə virusa yoluxmuş ikicə xəstə olduğunu təsəvvür etsək, onlarla təmasdan qısa zaman keçdikdən sonra, görün hansı rəqəmlər ortaya çıxa bilər? – 2, 4, 8, 16, 32, 64, 128, 256!.. Bu dəhşətli bir artım olardı! Demək, dövlətimizin, xalqımızın min bir zəhməti bahasına əldə edilmiş bugünkü yumşalma zəminini korlamamaq üçün ehtiyatı əldən verməməliyik.
Əlbəttə, deyilənlər qorxu yaymaq üçün deyil, tam tərsinə, tələb olunanlar o qədər sadə, o qədər həlli mümkün məsələlərdir, onlara əməl etmək heç birimiz üçün problem olmamalıdır. Hələ-hələ bu tələblər yalnız şəxsi deyil, eyni dərəcədə milli və bəşəri xidmət məzmunu daşıyırsa, onlara əməl etmək vicdan borcumuz sayıla bilər.

Məsələn, nələri fərqləndirə bilərik?
- Gigiyena qaydalarına ciddi riayət etmək,
- sərt karantin günlərindəki kimi təmizkarlığımızı qorumaq,
- mümkün olduğunca, özünütəcrid, “Evdə qal!” rejimini özlüyümüzdə davam et¬dirmək,
- həssas qrup sayılan – yaşı 65-dən yuxarı vətəndaşalrımıza diqqət-qayğı gös¬tərmək,
- 2 m.-lik sosial məsafəni mümkün miqdar qorumaq,
- kütləvi toplantılara yol verməmək,
- maarifləndirici proqramlara, özəlliklə, yetkili rəsmi orqanların məlumatlarına diq¬qət göstərmək…
Bəli, xəstəliyin dinami¬kasında artım olmazsa, sərt karantin rejiminə dönməyə ehtiyac olmayacaq. Bu isə bizim hər birimiz üçün önəm ərz edir, hər birimiz bir an öncə paytaxt Bakı başda olmaqla, respublikanın bütün ərazisi boyunca normal yaşama dönməyi arzulayırıq. Necə deyərlər, arzumuz rəftarımızdan asılıdır…”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə