"Prezidentiin proqram xarakterli nitqi çox məsələlərə aydınlıq gətirdi" ÖZƏL-MÜNASİBƏT

"Prezidentiin proqram xarakterli nitqi çox məsələlərə aydınlıq gətirdi" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirdiyi müşavirədə demək olar ki, bütün məsələlər əhatə olundu, bütün sahələrə, görülən işlərə, qarşıda duran vəzifələrə toxunuldu". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

"Cənab Prezidentimiz göstərdi ki, biz birinci rübün xüsusilə ilk iki ayını uğurla, irəliləyişlə başa vurmuşuq və islahatlar davam edib. Ancaq indi məlum koronovirus pandemiyası nəticəsində bütün dünyada olduğu kimi Azərbaycanda da müəyyən məsələlər var ki, onları həll etmək dövlətin bir nömrəli borcuna və vəzifəsinə çevrilib. Bir sözlə, qarşıda duran vəzifələr aydınlaşdırıldı və tapşırıqlar verildi. Ölkə başçısı xüsusilə bir neçə dəfə onu qeyd etdi ki, bizim gördüyümüz bütün işlərin kökündə məqsəd insanımızı bu bəladan qorumaqdır. Cənab Prezidentimiz karantin rejimi dövründə çətinliklərin mövcud olmasını da vurğuladı. Ancaq bunun tez başa çatması üçün qanunlara riayət olunmalıdır. Belə olan təqdirdə biz qalib gələcəyik və karantin rejimi aradan qalxacaq. Əks təqdirdə dövlət, hökumət məcbur olacaq ki, xüsusi karantin rejiminə aid olan tədbirlər daha da sərtləşdirilsin. Dövlət başçısı qeyd etdi ki, bunun sərtləşməsi insanlarımızın xeyrinədir. Çünki insanlarımız bu bəlaya düçar olmasınlar, həyatda qalsınlar və yaşasınlar. Aztəminatlı ailələrlə bağlı, tələbələrimizlə, işsizlərlə, sahibkarlarla bağlı və s. bütün sahələrin hamısına toxunuldu. Hesab edirəm ki, keçirilən bu müşavirədə cənab Prezidentimizin proqram xarakterli nitqi çox məsələlərə aydınlıq gətirdi. Dövlət başçısı eyni zamanda dünya miqyasında tədbirlərə, beynəlxalq aləmdə baş verən məsələlərə, vəziyyətə nəzər saldı"-deyə, millət vəkili fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə