Dünyada göz yandıran koronavirus cərimələri ARAŞDIRMA

Avstraliyada 7000 min, ABŞ-da 5000 min dollar, Filippində güllələnmə, Hindistan və Vyetnamda yerinə zopa cəzaları

Koronavirus təhlükəsinin dünyada tüğyan etməsi, xüsusilə üzərlərində məsuliyyət hiss etməyən insanların belə bir ağır vəziyyətdə dövlətlərinin qoyduğu qanun tələblərini pozmaları nəticədə cərimələrlə nəticələnir. Karantin rejiminin pozulması, icazəsiz qaydada çölə çıxılması kimi hallarda müxtəlif ölkələrdə müxtəlif cəzalarla ölçülür. Azərbaycanda sıravi vətəndaşın rejimi pozmaları 100 manat və s. rəqəmlərlə ölçülür. Bəs xarici ölkələrdə vəziyyət necədir?

Məsuliyyətsizliyin nəticələri...

Apardığımız araşdırma nəticəsində məlum olub ki, Kiprdə evdən gündə bir dəfə çıxmağa icazə verilir, avtomobildə isə, ən çox üç nəfər əyləşə bilər. Lakin buna qədər SMS vasitəsi ilə müvafiq quruma müraciət göndərmək tələb edilir. Beləliklə, Kiprdə kiminsə icazə SMS-i olmazsa 300 avro cərimə ödəməli olur.

Avstraliyada isə karantin rejiminin pozulması daha ağır cərimələrlə müşahidə edilir. Buna görə insanlar 7000 dollar cərimə olunurlar.

Filippində isə karantin qaydalarını pozanlar xəbərdarlıq edilmədən güllələnirlər. Belə ki, ölkə başçısının bu barədə orduya və polisə rəsmi icazəsi verilib.

Hindistanda, Vyetnamda isə karantin rejiminin qaydalarını pozanlar zopa cəzası alırlar və daha sonra xüsusi ayrılmış həbsxanalara atılırlar.

İtaliyada da icazəsiz evdən çıxanları 3 aylıq həbs gözləyir. İspaniyada isə karantin qaydalarını pozmaya görə 300-600 avro cərimə yazılır.

Fransada insanların sənədlərinin yoxlanılması və cərimələnməsi üçün 250 min polis işçisi cəlb edilib

Bəllidir ki, koronavirus pandemiyasından ən çox əziyyəti amerikalılar çəkir. Lakin maraqlıdır ki, ABŞ hökuməti pandemiya ilə əlaqədar gəliri 75 min dollardan aşağı olanlara 1200 dollar yardım da ayırıb. Ancaq bu ölkədəki cərimələrin miqdarı o qədərdir ki, 1200 dollarlıq yardım belə köməyə gəlmir. Misal üçün, ABŞ-da karantin qaydalarını pozamaya görə 5000 dollar cərimə nəzərdə tutulur. Eyni zamanda, ABŞ-ın ayrı-ayrı ştatlarında karantin qaydalarını pozamaya görə 3 aylıq həbs də nəzərdə tutulub.

Fransada koronavirus təhlükəsilə əlaqədar elan edilmiş karantin qaydalarını pozduğuna görə hər gün təxminən 10 min insan saxlanılır və cərimələnir. Hətta, Fransa mediasının məlumatına görə, 25 yaşlı bir xanım 10 aylıq həbs cəzasına məruz qoyulub. Məlum olub ki, Fransada karatin qaydalarını pozan hər bir kəsə 135 avro cərimə kəsilir. Əgər cərimələnmiş şəxs 45 gün ərzində onu ödəməzsə, 375 avro ödəməli olacaq, bunu da ödəməsə həbəsə məruz qalacaq. Bu ölkədə həmçinin maskadan istifadə etməməyə görə 38 avro cərimə də qüvvəvədir.
Ümumən Fransada insanların sənədlərinin yoxlanılması və cərimələnməsi üçün 250 min polis işçisi cəlb edilib.

Bu kimi faktlar isə, sübut edir ki, insanların ağır cərimələrə məruz qalmaları onların məsuliyyətsizliklərindən irəli gələn haldır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə