Yaxud hansını qoyub-hansını deyəsən?
AXCP sədri Əli Kərimlinin dağıdıcı müxalifətin baş dələduzu - Ostap Benderi, maxinatoru və s. əməllərə sahibliyi barədə çox danşılıb, çox faktlara toxunulub. Lakin bütün bunlara rəğmən, Kərimlinin ümumiyyətlə özünü nəinki xalqdan, dövlətdən və müxalifətin digər cinahlarından təcrid etməsi, həmçinin dialoqlardan da imtina etməsi onun hansı “məzhəbə” qulluq etməsinin bariz sübutudur. Misal üçün, özünü həm də “ana müxalifət partiyasının lideri” kimi ictimai rəyə sırıyan Kərimli Azərbaycanda siyasi partiyalarla dialoq aparıldığı bir vaxtda REAL, Müsavat, AXP, ADMP, BQP, BAXCP və başqa partiyaların sədrləri Prezident Administrasiyasında görüşlər keçirdikləri bir zamanda bu dəfə də haradasa, hansısa deçikdəsə gizlənməyə macal tapdı. Necə deyərlər, bir növ adətkərdədir...
Çox yəqin, Əli Kərimli məhz ona görə qaçıb deşiklərin birində gizlənib ki...
Bu zaman istər-istəməz belə bir sual yaranır ki, əcəba, AXCP sədrinin siyasi dialoqdan imtina etməsinin səbəbləri arxasında hansı maraqla dayanır? Əlbəttə ki, xarici təşkilatlar qarşısında Azərbaycan dövlətçiliyinə qarşı götürdüyü öhdəliklər və maliyyə maraqları. O yaxşı bilir ki, dialoq mühitinə qatılarsa, dərhal erməni lobbisinin qrantlarından ayrı düşəcək və cibləri boşalacaq. Eyni zamanda ona tapşırılıb ki, köhnə beşinci kolonun yerinə yenisini yaratsın və əgər bu dəfə də alınmasa, özündən küssün. Çox yəqin ki, Ə.Kərimli məhz ona görə qaçıb deşiklərin birində gizlənib.
Hələ bu da azmış kimi AXCP sədrinin bəzi davranışlarına qarşı onun Avropadakı trolbaşı dostları – Altay Göyüşov və Orduxan Teymurxan da iradlar bildiriblər.
Altay Göyüşov və Orduxan Teymurxan Əli Kərimlinin hap-gopunu üzünə belə çırpıblar
Məsələn, Ə.Kərimlinin hapa-gopa basdığını iddia edən tərəflər iddia ediblər ki, o savadsızın təkidir. Daha dəqiq desək, A.Göyüşöv Putinin referendum təklifi ilə bağlı status yazmaqla Ə.Kərimlinin savadsızlığını birbaşa üzünə çırpıb. "Yanvar ayında isə Putin referendum təklifini verəndə Əli Kərimli bu cümlələri yazmışdı: "Nəhayət, Rusiyada da avtoritarizm dövrü başa çatacaq...Putin prezidentlikdən getmək qərarı verib. Hərçənd ki, müxtəlif fəndlərlə qala bilərdi, ancaq qalmayacaq.”
O vaxt yazmışdım ki, bizim müxalifət kefdir. İndi əlavə edim ki, çox şeyi belə tərs-avand görürlər. Bu da bizim müxalifət liderlərinin ən xarakterik xüsusiyyətlərindən və yerlərində saymaqlarının başlıca səbəblərindəndir".
O.Teymurxan da A.Göyüşovun fikirlərinə dəstək olaraq yazıb: “Tərs görmürlər, işlərinə necə yarayırsa elə görürlər A.Göyüşov bəy. Bunun kefi mefi də yoxdur. Bərbadıq bərbad”.
Göründüyü kimi, Ə.Kərimlinin müxalifət daxilində heç bir nüfuzunun olmaması da artıq göz önündədir və ona qarşı vaxtilə ətrafında var-gəl edən avropalı müxalifət də çıxışlar etməyə başlayıblar. O da mümkündür ki, artıq AXCP sədri hərtərəfli şəkildə rədd edilmək həyatını yaşamaqdadır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB