Konstitusiya Məhkəməsi bu gün parlament seçkilərinin nəticələrini təsdiq edəcək

Bu gün Konstitusiya Məhkəməsi fevralın 9-da Milli Məclisə keçirilən seçkilərin nəticələrini təsdiq edəcək. SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası bu gün keçiriləcək.

Qeyd edək ki, fevralın 25-də Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi üçün əlavə edilmiş sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edib.

Seçkilərdə dairələr üzrə lider namizədlərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz: https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=1

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...