Əfqanıstanın Məzari-Şərif şəhərində BMT nümayəndələrinə hücum edilib, 12 nəfər öldürülüb, yaralılar var
Ötən gecə Əfqanıstanın şimal şəhəri Məzari-Şərifdə qanlı hadisə baş verib. BMT-nin nümayəndəliyinə hücum edən silahlılar 12 nəfəri qətlə yetirib, ən azından 8 nəfər yaralayıblar. Ölənlərin arasında iki nəfərin başı kəsilib.
SİA-nın Agence France-Presse-ə istinadən verdiyi məlumata görə, qətlə yetirilənlər Norveç, Rumıniya və İsveçrə vətəndaşlarıdır. Onlar BMT nümayəndəsi olaraq Əfqanıstanda humanitar missiya həyata keçirirmişlər. Yaralananlar arasında bir Rusiya vətəndaşı da var.
Yerli polisin verdiyi məlumata görə, hadisənin baş verməsinə səbəb kimi 20 martda Florida ştatının evanqelist-pastoru Ueyn Sappın Qurani-Kərimi nümayişkaranə şəkildə yandırması göstərilir. Hadisədən əvvəl Məzari-Şərifdə yerli əhalinin çoxsaylı mitinqi keçirilib, gecə saatlarında isə qanlı olay baş verib.
Sky News agentliyinin verdiyi məlumata görə, BMT-ni Təhlükəsizlik Şurası təcili yığıncaq keçirib. Hansı qərarın qəbul edildiyi haqda məlumat hələlik yoxdur. Bununla yanaşı yerli polisin baş vermiş cinayətlə bağlı araşdırmalara başladığı, artıq 20 nəfərin həbs olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB