Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası bu ilin birinci yarısında olacaq
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına hazırlıq gedir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. O,qeyd edib ki, toplantı bu ilin birinci yarısında olacaq: "Yəqin ki, iclas may, ya da iyunda keçiriləcək. Hazırda texniki məsələlər həll olunur".
H. Kılıç Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini bəyəndiklərini, dəstəklədiklərini də bildirib: "Bu tədbirlər Azərbaycanın dünyada yerini daha da möhkəmləndirməsinə və ölkənin iqtisadi inkişafına daha da kömək edəcək".
Qeyd edək ki, bu gün Bakıda Çanaqqala şəhidlərinin anım mərasimi keçirilib. Türkiyənin Azərbaycandakı səfirliyi və hərbi attaşeliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ictimai-siyasi təşkilatların nümayəndələri, ölkədə fəaliyyət göstərən türkiyəli iş adamları iştirak edib. İştirakçılar əvvəlcə Bakıdakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB