Malyana hücum edənlərin həbsi üçün kifayət qədər dəlil var. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu VETO ictimai-siyasi hərəkatı başçısının vəkili Tiqran Atanesyan bu gün jurnalistlərlə söhbətində deyib.

Məlumata görə o qeyd edib ki, şahidlərlə problemimiz var, çünki şahid hesab etdiyimiz şahidlər tapılmayıb.
"Bütün hallarda, mənim fikrimcə, mühakimə olunmaq və müttəhimlər üçün qanuni həbs tələb etmək üçün dəlil kifayət qədərdir", deyə VETO ictimai-siyasi hərəkatı başçısının vəkili bildirib.

Göründüyü kimi Dəlil Ermənistanda kifayət qədərdir, amma hüquqi azadlıq yoxdur və bunu bu ölkənin hüquq müdafiəçiləri də etiraf edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə