Əli Bilgə Cankorel: “Azərbaycan beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində irəliyə çox önəmli addımlar atıb”
ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsi ilə birgə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda hökümət, hüquq mühafizə orqanları, vətəndaş cəmiyyəti, eləcə də yeni sığınacaqların işçiləri, beynəlxalq ekspertlər də iştirak edib. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel cəmiyyətdə məişət zorakılığının qarşısının alınması məsələsini təmsil etdiyi qurum üçün car il ərzində prioritet sahə olacağını deyib.
O, qeyd edib ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması gender bərabərliyi və uşaqlar da daxil olmaqla ən çox qayğıya ehtiyacı olan vətəndaşlarının müdafiəsi, habelə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində Azərbaycanın irəliyə atdığı çox önəmli addımdır: "Bizim əsas məqsədimiz başqa ölkələrin təcrübəsini təqdim etməklə və Məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasının yollarına dair müzakirə aparmaqla hökümətlə vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirməkdir".
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova, Ombudsman aparatının rəhbəri Elmira Süleymanova Azərbaycanda məişət zorakılığının hazırki durumu və bu halların qanun çərçivəsində maksimal şəkildə azaldılması barəsində məlumat veriblər.
Daha sonra tədbir zamanı məişət zorakılığının Azərbaycanda əhatə dairəsi və təsiri haqqında söhbət açılıb, qanunların detalları müzakirə olunub. Eyni zamanda tədbir iştirakçılarına beynəlxalq təcrübə və mütərəqqi nümunələr haqqında məlumat verilib və bu təcrübələrin Azərbaycana münasib olub-olmadığına dair hökümətlə vətəndaş cəmiyyəti arasında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB