AGAT-ın Gənclər Ayı çərçivəsində keçirdiyi tədbirlərdən 200-ə yaxın gənc faydalanıb

AGAT-ın Gənclər Ayı çərçivəsində keçirdiyi tədbirlərdən 200-ə yaxın gənc faydalanıb

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) fevral ayını Gənclər Ayı elan edib. AGAT-dan SİA-ya verilən xəbərə görə, gənclər ayı çərçivəsində təşkilatın prioritetlərindən irəli gələn müxtəlif istiqamətdə tədbirlər planı həyata keçirilib.

Belə ki, AGAT tərəfindən "QHT-də fandreyzerlərinin etik davranışları", "Bədən dili" adlı tədbir, "Ağ quzpun" adlı audio-vizual seminar, Milli İcmaların Koordinasiya Şurası ilə birgə "Beynəlxalq Ana dili Günü"nə həsr edilmiş konfrans, "Avrointeqrasiya prosesində Beynəlxalq Hüquq" və "Hüququm" adlı adlı seminar, dəyirmi masa və təlimlər keçirilib. 1 ay ərzində 200-ə yaxın gənc bu tədbirlərdən faydalanıb.

Gənclər Ayı çərçivəsində AGAT-ın Türkiyədə təmsilçiliyinin açılmasına qərar verilib. AGAT-ın sədri Gülsel Səfərova 20-25 Fevral, 2011-ci il tarixində Türkiyəyə səfəri zamanı Acaray Eğitim və Kültür Mərkəzinin baş katibi Şehmuz Altın ilə AGAT-ın Türkiyədə təmsilçiliyinin açılması ilə bağlı İşbirliyi Protokolu imzalayıb. Təmsilçiliyin açılmasında əsas məqsəd Türkiyə və Azərbaycan gəncləri arasında mədəni-sosial iş birliyi yaratmaq, beynəlxalq layihələrdə birgə iştirakını təmin etməkdir.

Qeyd edək ki, AGAT-ın Türkiyə təmsilçiliyi Ankara şəhərində yerləşəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə