Ermənistan dəyişiklik adı ilə Avropadan pul qoparmaq arzusundadır

Ermənistan dəyişiklik adı ilə Avropadan pul qoparmaq arzusundadır

Ermənistan hakimiyyəti uzun müddətdir ki, polisdə edilən struktur dəyişikliklərində yaxından iştirak edir. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Məlumata görə, “Joxovurd” qəzetinin mənbələri xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan komandasından ən qısa müddətdə dəyişiklik barədə məsələ qaldırmasını tələb edib.

Ancaq mənbələrin məlumatına görə, səlahiyyətlilərin hələ öz işlərinə başlamağa imkanları yoxdur. Qaynaqlar bildirirlər ki, dəyişikliklər paketi artıq hazırdır, ancaq pul müqabilində işə başlamırlar. Fakt isə budur ki, bu dəyişikliklər üçün hökumətə 50 milyon dollar lazımdır.

Əldə olunan məlumata görə, Ermənistan hakimiyyəti bu məsələdə kömək üçün Avropa İttifaqına müraciət də edib. Lakin nəticəsi olmayıb. Xatırladaq ki, oktyabrın 7-də "Mənim addımım" partiyasının rəhbəri Lilit Makunts partiyanın qapalı iclasından sonra polis sistemində hansı dəyişiklik etmək istədiklərini müzakirə etdiklərini açıqlaması da əbəs yerə deyildi.

Məlum olur ki, yeni Ermənistan hakimiyyəti polis sistemində dəyişiklik adı ilə Avropadan pul qoparmaq arzusundadır. Amma bu “Qoca qitə’ də əbəs yerə qoca heab olunmur və Paşinyan kimi avantüristlərin belə hiylələrinə bundan sonra aldanan deyil. Təbii ki, yeni Ermənistan hakimiyyəti belə xülyalar haqqında yalnız düşünə, onları yuxuda görə, reallaşdıra bilər bundan sonra.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə