Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymur Şarşenidze deyib. Onun sözlərinə görə, səfərin ilin ikinci yarısında baş tutması gözlənilir.
O, qeyd edib ki, səfər çərçivəsində iki dövlət arasında vacib olan bir sıra sənədlərin imzalanması, dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsi istiqamətində geniş müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB