Gürcüstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

25 Fevral 2011 22:58 (UTC+04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. SİA-nın xəbərinə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymur Şarşenidze deyib. Onun sözlərinə görə, səfərin ilin ikinci yarısında baş tutması gözlənilir.

 

O, qeyd edib ki, səfər çərçivəsində iki dövlət arasında vacib olan bir sıra sənədlərin imzalanması, dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsi istiqamətində geniş müzakirələr aparılacaq.