Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi 2010-cu ildə Ermənistan ordusunda ölüm faktları ilə bağlı açıqlama yayıb. SİA-nın "Armenia Today"a istinadən verdiyi məlumata görə, ofis ötən il orduda 42 ölüm hadisəsinin olduğunu bildirib: "Lakin Müdafiə Nazirliyi onlardan yalnız 10-u haqda rəsmi açıqlama verib", - deyə açıqlamada qeyd olunur.
Qurumun bildirdiyinə görə, ölüm hallarının əksəriyyətinə səbəb qarşılıqlı münasibətlərdə nizamnamə qaydalarının pozulmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB