18 illik fasilənin ardından Göygöl rayonunun Çaylı kəndinə mavi yanacaq verilib. Bu münasibətlə tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin rəsmiləri və bir sıra mümayəndələr iştirak edib. Kəndin qazla təmin edilməsi üçün Hacıməlik qovşağından Çaylı kəndnə 6800 metr yeni xətt çəkilib. Həmçinin, 11 km qaz xətti təmir edilib.
Rayon Qaz İstismarı İdarəsinin rəisi Cavad Məmmədov SİA-ya bildirib ki, mavi yanacaqdan ümumilikdə 550-dən artıq abonent istifadə edəcək. Artıq 95 abonentin mənzilinə smart-kart tipli sayğac quraşdırılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB