Ermənistanda oğurluqla bağlı cinayət hadisələri artıb

Ermənistanda oğurluqla bağlı cinayət hadisələri artıb

Ermənistan polisi bir əcnəbinin cüzdanını oğurlayan şəxsi həbs edib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, sentyabrın 6-da Ermənistanda turist olan 62 yaşlı bir qadın Mərkəzi Polis İdarəsinə müraciət edib.

Məlumatda qeyd edilir ki, Ermənisyanda turist olan qadın cüzdanının sənədlər və bank kartları ilə birlikdə oğurlandığını söyləyib. İrəvan Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları cinayətin ifşasına cəlb olunublar və cinayət törətməkdə şübhəli bilinən şəxsin şəxsiyyəti barədə əməliyyat məlumatı alıblar və ertəsi gün onu tapıblar.

Mərkəzi polis bölməsinə aparılan 30 yaşlı kişi oğurluq etdiyini etiraf edib. Oğurluq qismən açılıb və o müsadirə edilib. .

Hazırda vəziyyət dəqiqləşdirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə