Separatçılardan bəhrələnən hiyləgər satqın

Separatçılardan bəhrələnən hiyləgər satqın

Eynulla Fətullayev Əli Kərimlini tülküyə bənzətdi

"Virtualaz.org" saytının rəhbəri Eynulla Fətullayev AXCP sədri Əli Kərimli ilə bağlı, rəhbəri olduğu saytda tənqidi məqalə dərc edərək, onu hiyləgər tülkü adlandırıb: "Gəlin Makiavellinin bir ifadəsini təkrar edib bu sualı verək: şirlə tülkünü eyni arabaya qoşmaq olarmı? Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri barədə düşünərkən, siyasətçiləri şirlərə və tülkülərə bənzədirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikkolo belə düşünürdü. Amma şirlə tülkünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı, ona görə ki, Azərbaycan siyasətinin tülküsü idi Ə.Kərimli".

Riyakarlara, doğrudan da, inanmaq olmaz!

E.Fətullayev onu da vurğulayıb ki, Ə.Kərimlinin dirijor çubuğu ilə idarə olunan "Milli Şura"nın erməni lobbisi ilə yanaşı, separatçılarla da iş birliyi aparması faktdır: "Elə bir faktı xatırlatmaq kifayətdir: belə ki, "Milli Şura"nın aparıcı fiqurantlarından olan Eldəniz Quliyevin vaxtilə "Talış-Muğan Respublikası" deyilən separatçı qurumda Əlikram Hümbətovun yanında yer alması danılmaz faktdır".
E.Fətullayev, onu da vurğulayıb ki, layiq olmadığı yemə iddialı olan Ə.Kərimlinin ən yaxın ətrafı separatçılığı dəstəkləyir və bu mövqe onun milli satqınçılıq fəaliyyətinin bariz sübutudur: "Xüsusilə də, son vaxtlar AXCP-"Milli Şura" cütlüyünün hakimiyyətin inqilabi- sosial islahatlarından güclü təlaş keçirərək, uğurları öz adlarına çıxarmaları isə həyasızlığın və əxlaqsızlığın son həddə olduğunu sübut edir. Yenə də tülkü cildinə girən iblis görkəmli Ə.Kərimli "Milli Şura" ilə birlikdə siyasi xal qazanmağa cəhd göstərir. Riyakar satqın Ə.Kərimli elə sanır ki, guya onun növbəti mitinqinə "çox adam" qatılacaq. Ancaq Ə.Kərimli, istər tülkü ol, istər satqın, riyakar ol. Ancaq əmin ol ki, nə Avropadakı söyüş müxalifəti, nə də onların havadarları Azərbaycanda mövcud sabitliyi və reallaşdırılan inqilabi islahatların qarşısını ala bilməyəcəklər. Çünki xalqın gözü tərəzidir və bilən, yaxşı bilir ki, Ə.Kərimli siyasi manipulyasiya edərək, təlaşını bu vasitə ilə gizlədir və sərsəm ideyaları ilə sosial şəbəkələrdə künc-bucaqlarda qalacaqsınız, AXCP sədri bundan 100% əmin ola bilər".
Beləliklə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriyə doğru getməkdə davam edən tərbiyəsiz əxlaqsız, tülkü cildinə girmiş Ə.Kərimli bir dəfəlik anlamalıdır ki, xalq onu istəyinə çoxdan, daha doğrusu, 2003-cü ildən siyasi məzarlığa atıb və ətrafı, yan-yörəsi siyasi ölümləri ilə barışmalıdır.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə