Cənub bölgəsində dünəndən başlayan aramsız yağış artıq fəsadlar verməyə başlayıb. SİA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunda dünən səhər saatlarından yağan yağışlar leysana çevrilib. Nəticədə gün ərzində rayona orta hesabla on günlük norma qədər yağıntı düşüb. Rayonun ərazisindəki çaylarda sululuq artıb, şəhərin bəzi küçələrində həyətləri və evlərin zirzəmilərini su basıb, ayrı-ayrı yaşayış məntəqələrində isə əkin sahələri suyun altında qalıb. Masallı rayonunun Ərkivan kəndində də 10-12 ev və həyətyanı sahələr yağan yağışlar nəticəsində 50 santımetr suyun altında qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran rayonlararası Hidrometeorologiya Mərkəzindən bildirilib ki, yağıntının hələ bir neçə gün davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB