"Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" saziş təsdiqlənib
Dördüncü çağırış Milli Məclisin yaz sessiyasının ilk iclasında "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" saziş təsdiqlənib. SİA-nın məlumatına görə, layihə haqqında məlumat verən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, layihə Xəzər dənizinin hüquqi statusunu müəyyən etmir. Onun sözlərinə görə, sənəd Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair bir addımdır.
Daha sonra çıxış edən millət vəkili Aydın Mirzəzadə layihəni dəstəkləyərək hər kəsi ona səs verməyə çağırıb. O deyib ki, sənəd Xəzər dənizinin statusunun müəyyənləşdirilməsində vacib addımdır. Onun sözlərinə görə, sazişin əsas məğzi ondan ibarətdir ki, orada Xəzər dənizinin statusu yalnız sahilyanı ölkələr tərəfindən müəyyən edilə bilər.
Sonda layihə səsverməyə çıxarılaraq qəbul olunub.
Qeyd edək ki, "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" saziş 2010-cu il noyabrın 18-də Bakıda imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB